Icma.az
close
up
RU
Azərbaycanda hərbi xidmətə çağırış yaşı artırılacaq?

Azərbaycanda hərbi xidmətə çağırış yaşı artırılacaq?

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı müzakirələr - ekspertlər nə deyir?

"Məktəbə başlama yaşının 7-yə qaldırılması təhsildə uşaqların inkişafı və öyrənmə potensialları baxımından əhəmiyyətlidir".

Ölkə.az "Yeni Müsavat"-a istinadla bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.  Ekspert qeyd edir ki, 7 yaşında məktəbə başlayan uşaqlar daha motivasiyalı və sinif lideri olmağa meyllidirlər: "Bu yaşda məktəbə başlama onların psixoloji hazırlığı və diqqət mərkəzində olmasına müsbət təsir göstərir. Uşaqlar daha inamlı şəkildə öyrənməyə hazır olur və məktəb həyatına uyğunlaşmada daha yüksək nəticələr göstərirlər.

Beləliklə, məktəbə başlama yaşının 7-yə qaldırılması, uşaqların həm akademik, həm də sosial-emosional baxımdan daha güclü olmalarına kömək edir. Əgər biz uşaqların təhsildə maksimum potensialını ortaya çıxarmaq istəyiriksə, onların təbii inkişaf mərhələlərini nəzərə almalıyıq".

Qeyd edək ki, bir çox ölkədə uşaqlar 7 yaşında məktəbə başlayır. Məsələn, Rusiyada uşaqların əksəriyyəti 7 yaşında məktəbə başlayır. Finlandiyada ibtidai təhsil 7 yaşdan başlayır və təhsil sistemi dünyada ən yüksək nəticələrdən birinə sahibdir. Norveçdə də uşaqlar 7 yaşında təhsilə başlayır.

Estoniya və Latviyada da məktəb yaşı 7-dir. Eləcə də Polşada uşaqlar 7 yaşda məktəbə getməyə başlayır.

Bu ölkələrdə məktəbə başlama yaşı bir çox səbəblə 7 olaraq seçilib, çünki uşaqların bu yaşda sosial və əqli inkişafı təhsil üçün daha uyğun hesab edilir.

Uşaqların 7 yaşında məktəbə başlaması, bəzi mütəxəssislərin fikrincə, daha faydalı ola bilər, çünki bu yaşda uşaqların sosial və əqli inkişafı təhsil prosesinə daha uyğun hesab edilir. Qeyd olunur ki, 7 yaşda uşaqlar adətən sosial münasibətlərdə daha yetkin və özünəinamlı olurlar. Bu yaşda sinifdə daha asan uyğunlaşır və qrupla işləməyi öyrənirlər.

Uşaqlar 7 yaşa yaxın daha çox diqqət göstərə və təlimatları izləyə bilirlər. Əqli inkişaf mərhələlərində bu yaşda daha yüksək səviyyəli düşünmə bacarıqları formalaşır ki, bu da oxuma-yazma və riyazi biliklərin mənimsənilməsində kömək edir.

7 yaşında uşaqlar stresə daha dözümlü olur və məktəbin intizam qaydalarına daha rahat alışırlar. Onlar üçün məktəb mühitinə uyğunlaşmaq daha asan ola bilər.

Kiçik yaşda uşaqlar üçün oyun əsas öyrənmə metodudur. Məktəbə daha gec başlamaq, onlara oyunlar vasitəsilə yaradıcılıq və təcrübə yolu ilə öyrənmək imkanı verir ki, bu da uzunmüddətli inkişaf üçün faydalıdır.

Mütəxəssislər qeyd edir ki, bu model hər uşağa uyğun olmaya bilər, çünki bəzi uşaqlar daha erkən yaşlarda məktəbə hazır ola bilər. Optimal məktəbə başlama yaşı, həmçinin valideynlərin, təhsilçilərin və mütəxəssislərin uşağın fərdi inkişafını və ehtiyaclarını nəzərə alaraq qərar verməsinə bağlıdır.

Bəs Azərbaycanda məktəb yaşı 7-yə qaldırıla bilərmi?

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı "Yeni Müsavat"a açıqlamasında deyib ki, həmkarının fikirləri ilə razıdır: "Ümumiyyətlə, hər bir şəxsin fizioloji yetkinliyi onun doğulduğu,  böyüdüyü ərazinin iqlim xüsusiyyətləri ilə bağlıdır. Sovet dövründə uşaqların həm fizioloji, həm də beyin cəhətdən yetkinliyi 7 yaş götürülüb. Hazırda Azərbaycanda ibtidai təhsil səviyyəsi 6 yaşdan başlayır. Bu yaşdan uşaqlara yazıb-oxumağı öyrədirlər ki, bu da  nəticə etibarı ilə beyin yorulmasına gətirib çıxarır və şagirdlər artıq yuxarı siniflərdə uğur göstərə bilmirlər.

Mən də hesab edirəm ki, məktəb yaşı 7 yaşdan başlayarasa, daha doğru olar. Lakin məsələnin başqa bir tərəfi var, biz 12 illik təhsilə getmək istəyirik. Bu zaman bəzi məsələlər də həll olunmalıdır.  Birinci növbədə biz müəyyən etməliyik ki, 12 illik təhsilə nə vaxt keçəcəyik? Məlum olduğu kimi, dünyada 220-dən çox ölkə varsa, bunun 190-ı artıq 12 illik təhsilə keçib. 12 illik təhsilə keçsək, onda ibtidai təhsil neçənci sinifdən, neçə yaşdan başlayacaq və neçənci sinifləri əhatə edəcək? Daha bir məsələ, əgər 12 illik təhsilə keçsək, onda əsgərlik yaşı da 20-yə qaldırılmalıdır. Qeyd edim ki, Finlandiya təhsil modeli uşaqlara erkən yaşlardan geniş dünya görüşü və həyat bacarıqları qazandırmaq üzərində qurulub. Bu modeldə təhsil yalnız akademik biliklər deyil, həm də sosial, emosional və problem həll etmə bacarıqları üzərində dayanır. Məsələn, ibtidai təhsilin ilk illərində dərslər daha çox oyun əsaslı və təcrübə yönümlüdür ki, uşaqlar öyrənməyi sevsinlər, maraqlarını kəşf etsinlər və özlərini rahat ifadə edə bilsinlər.

Azərbaycanda isə bir çox hallarda təhsilə daha akademik bir yanaşma üstünlük təşkil edir. Valideynlər və müəllimlər uşaqların erkən yaşdan yazıb-oxumağı bacarmasını ön planda tuturlar və bu, sanki təhsilin ən əsas göstəricisi kimi qiymətləndirilir. Halbuki uşaqların erkən yaşlarda inkişaf etdirilməsi lazım olan başqa bacarıqlar da var ki, bunlar onlara gələcək həyatlarında daha çox fayda gətirir. Yaradıcı düşünmə, sosial münasibətləri qurma, özünəinam və müstəqillik kimi bacarıqlar, əslində onların akademik uğurlarından daha vacib ola bilər. Qərb təhsil sistemləri, xüsusilə Finlandiya modeli, göstərir ki, təhsil yalnız bilik öyrətmək deyil, həm də uşağın şəxsiyyətini və düşüncə tərzini formalaşdırmaqdır. Bu yanaşma gələcək nəsillərin daha geniş baxışlı, məsuliyyətli və yaradıcı insanlar kimi yetişməsinə yardım edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Noyabr 2024 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri