Icma.az
close
up
RU
Azərbaycanda hərbiçiyə verilən ev əlindən alınır Müdafiə Nazirliyi SUSUR…

Azərbaycanda hərbiçiyə verilən ev əlindən alınır Müdafiə Nazirliyi SUSUR…

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıtda ehtiyatda olan mayorun yaşadığı mənzillə bağlı hüquqi mübahisə yaranıb. Belə ki, o, uzun illər yaşadığı mənzildən çıxarılır. Hazırda məsələ məhkəmədədir.
Demokrat.az
-a daxil olan şikayətə əsasən, ehtiyatda olan mayor Nazim Mustafayevə 1991-ci ildə Müdafiə Nazirliyinin mənzil fondundan Sumqayıt şəhərində ikiotaqlı mənzil verilib. 2009-cu ildə ailə üzvlərinin sayının çox olması ilə əlaqədar Nazim Mustafayev rəsmi qaydada müraciət edərək mövcud mənzilin ailəsi üçün kifayət etmədiyini bildirib. Müraciət nəzərə alınaraq ona ikiotaqlı mənzil əvəzinə üçotaqlı mənzil təqdim edilib. Hazırda o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F. Qayıbov küçəsi, ev 29 ünvanında yaşayır. Qeyd olunan mənzil ona kirayə müqaviləsi əsasında verilib.
Nazim Mustafayev 2015-ci il aprelin 30-da hərbi xidmətdən azad olunub. Hazırda ehtiyatda olan mayor kimi dövlət tərəfindən təqaüd alır. 
Onun sözlərinə görə, ötən ilin oktyabrın 15-də müvafiq qurumun nümayəndəsi mənzilə gələrək, burada qeyri-qanuni yaşadığını bildirib və evi tərk etməsi tələb olunub.
Məsələ ilə bağlı Sumqayıt Məhkəməsinin qərarı ilə Nazim Mustafayev mülki şəxs kimi tanınıb. 
Onun sözlərinə görə, Apellyasiya Məhkəməsinin qərarı absurddur. Belə ki, qərara əsasən, yalnız Nazim Mustafayev mənzildən çıxarılır, ailə üzvlərinin isə mənzildə qalmasına icazə verilir. Hazırda həmin qərar rəsmi şəkildə dərc olunmayıb və tərəf qərarın surətini gözləyir.
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Anar Eyvazov sorğumuza cavab olaraq bildirdi ki, məsələyə dair dəqiq mövqenin açıqlanması üçün ikinci instansiya məhkəməsinin qərarının surəti təqdim olunmalıdır.

Hüquqşünas Rəşad Əliyevin sözlərinə görə, bu halın qanunvericiliyə uyğunluğu Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Hərbi qulluqçuların statusu haqqında” Qanun prizmasından qiymətləndirilməlidir:
“Azərbaycan Respublikası Konstitusiyasına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kəs məhkəmə qərarı olmadan əmlakından məhrum edilə bilməz. Dövlət tərəfindən verilmiş mənzil də, əgər qanuni əsasla şəxsin mülkiyyətinə keçmişdirsə, bu hüquqi qoruma altındadır. Dövlət orqanı həmin əmlakı özbaşına geri ala bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə, yaşayış sahəsinin alınması yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Bu hallar əsasən, mənzilin qanunsuz əldə edilməsi, sənədlərin saxtalaşdırılması, mülkiyyət hüququnun qanun pozuntusu ilə rəsmiləşdirilməsi və ya ictimai ehtiyaclar üçün məhkəmə qərarı əsasında özgəninkiləşdirməkdir. Qanuni əsaslar olmadan dövlətin verdiyi evi geri alması yolverilməzdir. Məsələyə xüsusi yanaşma “Hərbi qulluqçuların statusu haqqında” Qanun çərçivəsində tələb olunur.  Əgər 1991-ci ildə verilmiş ev xidmət mənzili statusunda olubsa, bu halda hərbi qulluqçu ehtiyata və ya istefaya buraxıldıqdan, yaxud dövlət tərəfindən başqa yaşayış sahəsi ilə təmin edildikdən sonra həmin mənzili boşaltmaq öhdəliyi yarana bilər”. 

O deyib ki, bu halda evin geri alınması hüquqi baxımdan əsaslı sayılır:
“Lakin əgər həmin ev müvafiq qərar əsasında şəxsin mülkiyyətinə verilmiş, çıxarış və ya digər hüquqtəsdiqedici sənədlərlə rəsmiləşdirilmişdirsə, bu zaman dövlətin evi geri tələb etməsi yalnız məhkəmə qaydasında və ciddi hüquqi əsaslar olduqda mümkündür. Sadəcə inzibati qərar və ya idarəetmə aktı ilə mülkiyyət hüququ ləğv edilə bilməz. 
Xüsusilə nəzərə alınmalıdır ki, 1991-ci il sovet dövründən keçid mərhələsinə təsadüf etdiyindən, həmin dövrdə verilmiş mənzillərin hüquqi statusu verilmə qərarının məzmunundan, təyinatından və sonradan özəlləşdirilib-özəlləşdirilməməsindən asılı olaraq qiymətləndirilməlidir. Əgər ev sonradan özəlləşdirilibsə və ya mülkiyyət hüququ tanınıbsa, geri alınma faktiki olaraq qanunsuz hesab edilə bilər”.




Leyla Turan
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Yanvar 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri