Icma.az
close
up
RU
Azərbaycanda həyatın yığım sığortasının DSMFyə daxilolmalara təsiri

Azərbaycanda həyatın yığım sığortasının DSMFyə daxilolmalara təsiri

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Həyatın yığım sığortasına yönəldilən əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin, habelə müvafiq sığortaya cəlb olunan sığortaolunanların artım tempinə malik olması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə və sosial sığorta resurslarının sərhədlərini məhdudlaşdıran amillər formalaşdırır. SİA xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, ötən il məcburi dövlət sosial sığortaya cəlb olunmayan gəlirlər 1 milyard 162,8 milyon manat təşkil edib ki, bu da il ərzində hesablanmış əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin 5,4 %-i qədər olub. Həmin vəsaitin 31,4 %-i həyatın yığım sığortasına yönəldilib.

Bu ilin I yarısında isə hesablanmış əmək haqqı və əmək haqqına aid edilməyən gəlirlərin 573,3 milyon manatı və yaxud 5,1 %-i məcburi dövlət sosial sığortaya cəlb olunmayan gəlirlərdən ibarətdir ki, bunun da 43,3 %-i həyatın yığım sığortasına yönəldilib. Həmin vəsait ötən ilin müvafiq istiqamət üzrə illik göstəricisinin 68 %-i qədər olmaqla yanaşı, ötən ilin I yarımillik üzrə göstəricisindən də 20,6 % çoxdur. Eyni zamanda, həyatın yığım sığortası ilə əhatə olunmuş sığortaolunanların say göstəricisində də artım müşahidə olunmaqdadır. Belə ki, yanvar-iyun ayları üzrə həyatın yığım sığortasına cəlb olunmuş sığortaolunların sayı ötən ilin illik göstəricisinin 58 %-i səviyyəsində, I yarısının göstəricisindən isə 12,2 % yüksəkdir.

Həyatın yığım sığortasına cəlb olunmuş vəsaitin 2023-cü il üzrə 360,9 milyon manatı, 2024-cü ilin ilk 6 ayı ərzində isə 245,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Bu isə, öz növbəsində, hər iki dövr üzrə ümumi vəsaitin 98,9 %-ni təşkil edir.

"Müvafiq sığorta növünün qısa zaman çərçivəsini əhatə etməsi, eyni zamanda sığortaolunanın qanunvericiliyin tələbinə uyğun əmək pensiyası hüquqlarını da məhdudlaşdırmaması sığortaolunanların həyatın yığım sığortasından yararlanmaq stimulunu yüksəldir. Sosial sığorta brendi olaraq həyatın yığım sığortasının yüksələn tempə malik olması gələcəkdə özəl maliyyə sektorunu alternativ sığorta növlərinin hazırlanıb tətbiq olunmasına stimullaşdıracaq. Bu isə, son nəticədə, fondun maliyyə göstəricilərinə təsir göstərən amildir", - deyə Rəydə qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri