Icma.az
close
up
RU
Azərbaycanda heyvan sığortası ilə bağlı yenilik

Azərbaycanda heyvan sığortası ilə bağlı yenilik

Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatları sığortalanır. İri və xırdabuynuzlu heyvanların sığortası südlük və ətlik mal-qaranı (inək və camışları), eləcə də keçi və qoyun təsərrüfatlarını əhatə edir.

Aqrar Sığorta Fondundan  bildirilib ki, fermerlər aqrar sığorta vasitəsilə heyvanlarını çoxsaylı risklərdən qoruya bilərlər. Buraya yoluxucu xəstəliklər, ilan və həşərat sancması, otdan və yemdən zəhərlənmə, kimyəvi maddələrin təsirindən zəhərlənmə, yanğın, vəhşi heyvanların hücumu, eləcə də təbii fəlakətlər – zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırım, şaxtavurma və normadan artıq yağan qar aiddir.

Fermer və təsərrüfat sahibləri dövlətin dəstəyi sayəsində cüzi ödənişlərlə heyvanlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası olduqca sərfəlidir. Baza sığorta tarifləri inək və camışlar üzrə 4,89 faiz, xırdabuynuzlu heyvanlar üzrə isə 4,6 faiz təşkil edir.

Tariflər heyvanın qiyməti əsasında hesablanır və bu məbləğin 50 faizi fermerə dəstək üçün dövlət tərəfindən ödənilir.

Başqa sözlə, 300 manatlıq qoyunun sığortalanması üzrə sığorta haqqı 13,8 manat, 1000 manatlıq inəyin sığortalanması üzrə sığorta haqqı isə 48,9 manat təşkil edir. Bu məbləğin 50 faizi dövlət tərəfindən qarşılandığı üçün 300 manatlıq qoyunun baza zərflə sığortası fermerə cəmi 6,9 manata, 1000 manatlıq inəyin sığortası isə 24,5 manata başa gəlir. Heyvanların qiymətindən asılı olaraq bu məbləğ artıb-azala bilər.

Fermer və təsərrüfat sahibləri heyvanlarını baza zərfindən əlavə olaraq 3-cü şəxslərin hərəkətlərini nəzərdə tutan risklərdən də sığorta edə bilərlər. Buraya heyvanın avtomobillə vurulması, daşınma zamanı qəza nəticəsində ölümü, elektrik cərəyanı vurması, heyvana qulluq zamanı kimyəvi maddələrdən zəhərlənməsi, eləcə də oğurluq, soyğunçuluq və sair aiddir.

Heyvanların əlavə riskləri də nəzərə almaqla sığortalanması üzrə sığorta tarifləri iribuynuzlu heyvanlarda 7,8 faiz, qoyun-keçilərdə isə 7,37 faiz təşkil edir. Başqa sözlə, əlavə riskləri də nəzərə almaqla, 300 manatlıq qoyun-keçinin sığortalanması fermerə 11 manata, 1000 manatlıq inəyin sığortalanması isə 39 manata başa gələcək.

Hesablamalara görə, bu məbləğ heyvanların saxlanması üçün çəkilən xərcdən qat-qat aşağıdır.

Xatırladaq ki, sığorta haqqının ödənişi prosesi də tamamilə asanlaşdırılıb. Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə həyata keçirilən tədbirlər nəticəsində hazırda fermerlər öz heyvanlarını “AsanPay” ödəniş sistemi vasitəsilə evdən və iş yerindən ayrılmadan, mobil telefonla sığorta edə bilərlər.

Sığorta müqavilələri 1, 2 və 3 illik müddətə bağlanıla bilər, sığorta müddəti artdıqca sığorta tarifləri azalır.

Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək, xırdabuynuzlu heyvanları isə 5 yaşınadək sığortalanır. Aqrar sığorta qaydalarına əsasən, heyvanların sığortalanması üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmalıdır.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://dogru.az
archiveBu xəbər 04 İyul 2025 07:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri