Icma.az
close
up
RU
Azərbaycanda heyvanların sığorta şərtləri açıqlandı Məbləğlər

Azərbaycanda heyvanların sığorta şərtləri açıqlandı Məbləğlər

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta mexanizmi vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatları sığortalanır. 

"Unikal" xəbər verir ki, iri və xırda buynuzlu heyvanların sığotası südlük və ətlik mal-qaranı (inək və camışları), eləcə də keçi və qoyun təsərrüfatlarını əhatə edir. Fermerlər aqrar sığorta vasitəsilə heyvandarını çoxsaylı risklərdən qoruya bilərlər.  

Buraya yoluxucu xəstəliklər, ilan və həşarat sancması, otdan və yemdən zəhərlənmə, kimyəvi maddələrin təsirindən zəhərlənmə, yanğın, vəhşi heyvanların hücumu, eləcə də təbii fəlakətlər - zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və ya subasma, leysan, ildırırm, şaxtavurma və normadan artıq yağan qar yağıntıları aiddir. 

Fermer və təsərrüfat sahibləri dövlətin dəstəyi sayəsində cüzi ödənişlərlə heyvanlarını çoxsaylı risklərdən sığorta edə bilərlər. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası olduqca sərfəlidir. Baza sığorta tarifləri inək və camışlar üzrə 4,89% xırdabuynuzlu heyvanlar üzrə isə 4,6% təşkil edir. 

Tariflər heyvanın qiyməti əsasında hesablanır və bu məbləğin 50%-i fermerə dəstək üçün dövlət tərəfindən ödənilir.  

Başqa sözlə, 300 manatlıq qoyunun sığortalanması üzrə sığorta haqqı 13,8 manat, 1000 manatlıq inəyin sığortalanması üzrə sığorta haqqı isə 48,9 manat təşkil edir. Bu məbləğin 50%-i dövlət tərəfindən qarşılandığı üçün 300 manatlıq qoyunun baza zərflə sığortası fermerə cəmi 6,9 manata, 1000 manatlıq inəyin sığortası isə 24,5 manata başa gəlir. Heyvanlarının qiymətindən asılı olaraq bu məbləğ artıb-azala bilər. 

Fermer və təsərrüfat sahibləri heyvanlarını baza zərfindən əlavə olaraq 3-cü şəxslərin hərəkətlərini nəzərdə tutan risklərdən də sığorta edə bilərlər. Buraya heyvanın avtomobillə vurulması, daşınma zamanı qəza nəticəsində ölümü, elektrik cərəyanı vurması, heyvana qulluq zamanı kimyəvi maddələrdən zəhərlənməsi, eləcə də oğurluq, soyğunçuluq və sair aiddir. 

Heyvanların əlavə riskləri də nəzərə almaqla sığortalanması üzrə sığorta tarifləri iribuynuzlu heyvanlar üzrə 7,8%, qoyun-keçilər üzrə isə 7,37% təşkil edir. Başqa sözlə, əlavə riskləri də nəzərə almaqla, 300 manatğlıq qoyun-keçinin sığortalanması fermerə 11 manata, 1000 manatlıq inəyin sığortalanması isə 39 manata başa gələcək.  

Hesablamalara görə, bu məbləğ heyvanların saxlanması üçün çəkilən xərcdən qat-qat aşağıdır. 

Xatırladaq ki, sığorta haqqının ödənişi prosesi də tamamilə asanlaşdırılıb. Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədilə həyata keçirilən tədbirlər nəticəsində hazırda fermerlər öz heyvanlarını AsanPay ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan, mobil telefonla  sığorta edə bilərlər.  

Sığorta müqavilələri 1 illik, 2 illik və 3 illik müddətə bağlanıla bilər, sığorta müddəti artdıqca sığorta tarifləri azalır. 

Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək, xırdabuynuzlu heyvanları isə 5 yaşınadək sığortalanır. Aqrar sığorta qaydalarına əsasən, heyvanların sığortalanması üçün onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmalıdır. 

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 İyul 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri