Icma.az
close
up
RU
Azərbaycanda hicab kəlağayı ilə ƏVƏZLƏYİR

Azərbaycanda hicab kəlağayı ilə ƏVƏZLƏYİR

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir.

Redaktor.az  musavat.com-a istinadən xəbər verir ki, bu yanaşma xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək.

Yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kəlağayının təşviq edilməsi nəzərdə tutulur.

Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif məzhəbi və sektorial simvollar cəmiyyət daxilində fərqlənməni artırdığı halda, kəlağayı ümummilli identiklik və ortaq mədəni dəyər kimi qəbul edilir.

Tarixi baxımdan kəlağayı Azərbaycan qadınının kimliyinin ayrılmaz hissəsidir və UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınıb. Kəlağayı yalnız geyim elementi deyil, həm də sülh, hörmət və birlik rəmzi kimi qəbul olunur.

Milli azadlıq hərəkatı dövründə və Qarabağ hadisələrinin ilk mərhələlərində kələğayının simvolik rolu xüsusilə diqqət çəkir. Azərbaycan bayrağının açıq şəkildə qaldırılmasının çətin olduğu, hətta olmadığı məqamlarda, kələğayı 1988-ci ildə bir neçə dəfə bayraq əvəzi kimi istifadə olunub, istiqlal ideyasının rəmzinə çevrilib.

Eyni zamanda, Qarabağ münaqişəsinin gərgin dövrlərində kələğayı birbaşa sülh simvolu kimi də çıxış edib. Ağdam rayonunda yerləşən Lenin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova qarşıdurmanın qarşısını almaq üçün kələğayını ortaya ataraq kütləni sakitləşdirmiş, bununla da daha böyük toqquşmanın qarşısını almağa nail olmuşdu. Bu hadisə kələğayının Azərbaycan cəmiyyətində yalnız mədəni deyil, həm də ictimai-siyasi gücə malik simvol olduğunu bir daha göstərir.

Yeni yanaşmaya əsasən, inanclı qadınların baş örtüyü ehtiyacı nəzərə alınmaqla, dini baş örtükləri əvəzinə milli örtük – kələğayıdan istifadə təşviq olunacaq. Bununla bağlı maarifləndirmə, tədris və tətbiq mexanizmlərinin də hazırlanacağı bildirilir.

Beləliklə, Azərbaycanda baş örtüyü məsələsində yeni mərhələnin başlanacağı gözlənilir və bu yanaşma milli-mədəni dəyərlərin ön plana çıxarılması ilə izah olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Aprel 2026 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri