Azərbaycanda hinduşqa və qaz əti adı ilə nə satılır? FOTO
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Bir neçə gün əvvəl yolüstü Biləsuvar körpüsünü keçib Salyan istiqamətində yolun kənarında hinduşka və qaz adı ilə quş satılması barədə paylaşım etmişdim. Qeyd etmişdim ki, aldığım quşlar sonradan hinduşka və qaz deyil, sadəcə toyuq çıxdı”.
Globalinfo.az xəbər verir ki, bunu “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.
O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məsələni araşdırdığını bildirib:
“Qurum yerində baxış keçirdi və mənim qeyd etdiyim fakt təsdiq olundu. Yolüstü, xüsusən də Biləsuvar–Salyan istiqamətində yol kənarında “hinduşka”, “qaz” adı ilə satılan quşlara qarşı diqqətli olun. Tələskənlikdən və insanlara dəstək niyyətindən istifadə edərək adamı aldadırlar. Maşını saxlayıb oradan quş almağını məsləhət deyil.
Məni qınadılar ki, niyə quşu toyuqdan ayıra bilmədim. Doğrus, heç zaman inana bilməzdim ki, insanlarımız zəhərli qida satmaq həddində murdar və fırıldaqçı ola bilərlər. Qida təhlükısizlik Agentliyi yeməməyi məsləhət gördü. Mən də heyvanlar üçün zooparka göndərim”.
Günel Cəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 03 Fevral 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















