Azərbaycanda I rübdə neft hasilatı 300 min tondan çox azalıb İlham Şaban
Icma.az bildirir, 525.az portalına istinadən.
“Azərbaycanda I rübdə neft hasilatı 300 min tondan çox azalıb. Bu, günə ortalama təqribən 25 min barrel azalma deməkdir. Bu temp saxlanılsa, ilin sonunda 1.2 mln ton azalma ola bilər”.
Bunu 525.az-av Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.
Ekspert xatırladıb ki, 2025-ci ildə Azərbaycanda neft və kondensat hasilatı il ərzində 1,4 mln ton azalmışdı:
“Ümumiyyətlə, 2020-2025-ci illərdə Azərbaycanda əmtəəlik neft hasilatı 7 mln. ton azalıb. Beləliklə, orta illik azalma tempi 1,17 mln. tondur”.
İqtisadçı vurğulayıb ki, I rübdə azalma özünü kondensat hasilatında da göstərib. Onun sözlərinə görə, “Şahdəniz” və “Abşeron” yataqlarında qaz hasilatı kiçik artım nümayiş etdirsə də, maye karbohidrogen hasilatı azalıb.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 14 Aprel 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















