Azərbaycanda I yarımildə içki və tütün məhsullarına 1.3 mlrd. manat vəsait xərclənib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 296.1 milyon manatlıq içki və tütün məmulatları satılıb.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0.4% çoxdur.
Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkələrində istehlakçılara 230.9 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Xatırladaq ki, 2025-ci ilin birinci yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 482,8 manatlıq, o cümlədən 264,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 217,9 manatlıq qeyri-ərzaq malları alıb.

Ötən il Azərbaycanda əczaçılıq məhsullarına 1.3 mlrd. manatdan çox vəsait xərclənib
21 Yanvar 2025 14:12
Dərmanlara 1.3 mlrd. manat xərclənib
21 Yanvar 2025 14:57
Azərbaycanda beş ildə içki və tütün məhsullarına 12 mlrd. manatdan çox xərclənib Araşdırma
14 May 2025 14:37
Ötən iay Azərbaycanda əczaçılıq məhsullarına 112 mln. manatdan çox vəsait xərclənib
14 Fevral 2025 10:42
Azərbaycanda I yarımildə büdcədən 152 milyon manatdan çox vəsait geri qaytarılıb
07 İyul 2025 17:22

