Icma.az
close
up
RU
Azərbaycanda ideyalar yox, şəxslər yarışır ŞƏRH

Azərbaycanda ideyalar yox, şəxslər yarışır ŞƏRH

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Proporsional sistem olsa təsadüfi adamların və ya seçiciləri aldatma yolu ilə parlamentdə təmsilçilyin qarşısını alınar

Azərbaycanda siyasi islahatlar mövzusu illərdir müzakirə olunur, lakin bu müzakirələr daha çox qapalı çevrələrdə qalır və geniş ictimai dialoqa çevrilmir. İdarəetmə sistemi, Konstitusiyanın mahiyyəti, seçki qanunvericiliyi və siyasi partiyaların rolu ilə bağlı dəyişiklik zərurəti qəbul edilsə də, bu dəyişikliklərin hansı istiqamətdə aparılmalı olduğu barədə cəmiyyətə aydın və sistemli baxış təqdim olunmur.

Nəticədə siyasi islahatlar ictimai razılaşmanın deyil, texniki qərarların mövzusu kimi görünür. Halbuki Konstitusiya və seçki sistemi sadəcə hüquqi sənədlər deyil, vətəndaşın siyasi iştirak imkanlarını və dövlətlə münasibətinin çərçivəsini müəyyən edən əsas mexanizmlərdir. Məhz bu kontekstdə siyasi islahatların ictimai müzakirədən kənarda qalması ciddi suallar doğurur.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi “Sherg.az”a bildirib ki, Azərbaycanda əsas problem islahatların mahiyyətində deyil, onların ictimai müzakirəsiz və açıq dialoqdan kənar aparılmasındadır. O qeyd edib ki, Azərbaycanda idarəetmə sistemi, Konstitusiya və seçki qanunvericiliyi ilə bağlı dəyişiklik ehtiyacından danışanlar çoxdur. Lakin diqqət çəkən məqam odur ki, bu mövzuda ictimai təkliflər, açıq müzakirələr demək olar ki, yoxdur:

“QHT-lər, politoloqlar, siyasi partiyalar dəyişikliklərin zəruriliyini qəbul etsələr də, onların necə və hansı istiqamətdə aparılmalı olduğu barədə cəmiyyətə aydın mesajlar verilmir. Halbuki Konstitusiya, seçki sistemi və siyasi partiyalar haqqında qanunlar yalnız texniki sənəd statusunda qalmamalıdır. Bunlar birbaşa vətəndaşın siyasi məsuliyyət mexanizmini müəyyən edən əsas sütunlardır. Məsələ Konstitusiyanın dəyişdirilməsində yox, onun mahiyyətinin yenidən düşünülməsindədir. Konstitusiya şəxslərə və ya konkret siyasi dövrlərə uyğunlaşdırılmamalı, uzunmüddətli sabitliyi və hakimiyyət bölgüsünü təmin etməlidir. Parlament və məhkəmə hakimiyyəti icra strukturlarının kölgəsində qaldıqca, balansdan danışmaq çətinləşir. Bu baxımdan parlamentli respublika modeli Azərbaycan üçün ciddi müzakirə mövzusu ola bilər. Belə model hakimiyyətin mərkəzləşməsini azaldır,siyasi məsuliyyəti bölüşür və parlament təmsilçiyini zənginləşdirir. Ancaq parlamentli respublika yalnız proporsional seçki sistemi ilə real nəticə verə bilər”.

V. Əfəndinin fikrincə hazırkı majoritar sistem daha çox fərdi namizədləri ön plana çıxarır və partiyaları zəiflədir. Nəticədə ideologiyalar yox, şəxslər yarışır:

“Proporsional sistem isə səslə mandat arasında ədalətli nisbət yaradır, real ictimai dayağı olan partiyaların parlamentə düşməsinə imkan verir, formal və texniki namizədlərin rolunu azaldır. Təsadüfi adamların və ya seçiciləri aldatma yolu ilə parlamentdə təmsilçilyin qarşısını alır. Bu baş verərsə siyasi partiyalar tədbirini görə bilir. Hazırda partiyaların qeydiyyatı üçün tələb olunan minlərlə üzv və imza real siyasi fəallığı əks etdirmir. Əksər hallarda bu imzalar tanışlıq və xahiş yolu ilə toplanır. Bu isə partiyalaşmanı inkişaf etdirmir, onu formal prosedura çevirir. ABŞ təcrübəsində partiyanın gücü üzvlərin sayı ilə deyil, seçkilərdə topladığı səslə ölçülür. Partiya seçicinin davranışı ilə formalaşır. Azərbaycanda da oxşar yanaşma tətbiq edilə bilər.Bunun üçün partiya qeydiyyatı üçün daha az təsisçi kifayət etməlidir. Partiyanın fəaliyyəti və davamlılığı seçkilərdə əldə etdiyi nəticələrə tənzimlənməlidir. Dövlət maliyyələşməsi yalnız real səs toplayan partiyalara ayrılmalıdır. Bu yanaşma inzibati müdaxilə olmadan, təbii siyasi rəqabət yolu ilə partiyaların sayını və keyfiyyətini tənzimləyə bilər. Partiyalaşmanın zəif olması da cəmiyyəti düşündürməldir. Buna səbəb vətəndaşlarda yox, sistemdədir. İnsan səsinin və iştirakının nəticə verdiyini görmədikdə, partiyaya üzv olmaq da mənasız görünür. Seçici fəallığının real təsir gücü olmadıqca, siyasi passivlik dərinləşir. Azərbaycanın əsas problemi ideya çatışmazlığı deyil, ictimai müzakirə çatışmazlığıdır. Yeni Konstitusiya, proporsional seçki sistemi və siyasi partiyalarla bağlı islahatlar qapalı dairələrdə deyil, açıq ictimai dialoq müstəvisində formalaşmalıdır. Demokratiya qanunla başlayır, amma yalnız müzakirə ilə yaşaya bilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Fevral 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri