Icma.az
close
up
RU
Azərbaycanda idmana yeni nəfəs:“Sportfest 2025” başlayır

Azərbaycanda idmana yeni nəfəs:“Sportfest 2025” başlayır

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Aprelin 26-dan iyunun 28-dək Bakıda böyük idman festivalı keçiriləcək. 

"Cebheinfo.az" xəbər verir ki, “QOLAT Sport Services”in təşkilatçılığı ilə baş tutacaq “Sportfest-2025” adlı genişmiqyaslı tədbirə qatılacaq gənclərdən ibarət komandalar müxtəlif idman növlərində qüvvələrini sınayacaqlar.   

“Sizi idmana dəvət edirik” şüarı ilə start götürəcək festival çərçivəsində müxtəlif yaş qruplarından və sahələrdən olan iştirakçılar, həm yarışlarda güclərini sınayacaq, həm də yaradılan əyləncə zonalarından istifadə edərək asudə vaxtlarını səmərəli şəkildə keçirə biləcəklər.

“QOLAT Sport Service”in təsisçisi və direktoru Səid Bağırov bildirib ki, “Sportfest”in əsas məqsədi gənclər və idmansevərlər üçün sağlam həyat tərzini təşviq etmək, onlara həm rəqabət, həm də əyləncə atmosfer yaratmaqdır:

“İdman və bədən tərbiyəsi fiziki sağlamlıqla yanaşı, insanları mənəvi ucalığa, ədalətə və dostluğa dəvət edir. İdman və bədən tərbiyəsi həm də insanlarda həyata nikbinlik yaradır, onlara yaşamaq eşqi, zövq və istirahət verir. Beləliklə, idman və bədən tərbiyəsi sosial siyasətin özünəməxsus bir sahəsi kimi özünü göstərməyə başlayır”.

Qeyd edək ki, sportfest zamanı iştirakçılar futbol, voleybol, basketbol, stolüstü tennis, subsoccer və digər idman turnirlərində güclərini sınayacaqlar. Turnirlər üzrə təqdim ediləcək pul mükafatları, dəyərli hədiyyələr və sponsor tərəfindən veriləcək sürprizlər bu tədbiri daha da maraqlı və cəlbedici edəcək. 

Festival ərzində qurulacaq fan zonalar, stolüstü oyunlar, interaktiv idman guşələri, müxtəlid idman növləri üzrə seminarlar, tanınmış idmançılarla görüş, canlı musiqi və DJ performansları, həm idmançılar, həm də ziyarətçilər üçün unudulmaz anlar yaşadacaq.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri