Icma.az
close
up
RU
Azərbaycanda İƏT regionu üçün Təmiz Enerji Mərkəzi yaradılıb

Azərbaycanda İƏT regionu üçün Təmiz Enerji Mərkəzi yaradılıb

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birlikdə İƏT regionu üçün Təmiz Enerji Mərkəzi (CECECO) yaradılıb.

Bu barədə "APA-Economics" Energetika Nazirliyinə istinadən xəbər verir.

Energetika naziri Pərviz Şahbazov deyib: “Bu gün COP29 çərçivəsində Bakıda ECO-UNIDO Təmiz Enerji Mərkəzinin təsis edilməsinə şahidlik edirik. Bu, yalnız Azərbaycan üçün deyil, İƏT-in bütün üzv dövlətləri üçün strateji əhəmiyyət kəsb edən bir təşəbbüsdür. Mərkəzin fəaliyyətə başlaması Azərbaycanın və İƏT ölkələrinin enerji sahəsindəki liderlik səylərini daha da gücləndirəcək, regional əməkdaşlığı təşviq edəcək və bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirəcək. “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizləri kimi regional enerji şəbəkələrinin inteqrasiyasını təşviq edərək, biz İƏT-in enerji təhlükəsizliyi və iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunu gücləndiririk, sıfır emissiya məqsədlərinə çatmaq üçün vahid bir strateji platforma yaradırıq”.

İƏT baş katibi cənab Əsəd Məcid Xan isə son dövrdə davamlı enerji keçidinin təşkilatın ümumi enerji gündəminə daxil edilməsindən bəhs edərək, UNIDO ilə birgə Bakı şəhərində Təmiz Enerji Mərkəzinin yaradılmasını bu transformasiya prosesinə təkan verən uğurlu nümunələrdən biri kimi vurğulayıb. Baş katib, davamlı enerji gündəminin irəliləyişinin təmin edilməsi və İƏT Təmiz Enerji Mərkəzi üçün resursların cəlb edilməsi istiqamətində davamlı regional dialoqa çağırış edib.

UNIDO baş direktorunun müavini və Texniki Əməkdaşlıq və Davamlı Sənaye İnkişafı İdarəsinin rəhbəri Ciyong Zou İƏT-ə üzv ölkələrin iqlim dəyişikliyi və enerji təhlükəsizliyi kimi təcili problemləri həll etmək istiqamətində davamlı öhdəliyini vurğulayıb. O, qeyd edib ki, “CECECO regionda təmiz enerjiyə keçidi sürətləndirərək, innovasiya, əməkdaşlıq və potensialın artırılması mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəz, enerji həlləri sahəsində cənub-cənub və üçtərəfli əməkdaşlığa öncülük edərək, inkişaf, enerji təhlükəsizliyi və iqlimə davamlılığın inteqrasiyasını təmin edəcək".

Tədbirdə İƏT üzv dövlətlərinin nazirləri, OFID, Əbu Dabi Fondu, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və Avrasiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları da təmsil olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Noyabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri