Icma.az
close
up
RU
Azərbaycanda iki dəfə çempion olan klub fəaliyyətini dayandırır

Azərbaycanda iki dəfə çempion olan klub fəaliyyətini dayandırır

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1-ci Liqanı tərk etməsi 26-cı turda rəsmiləşən “Qaradağ Lökbatan” fəaliyyətini dayandıracaq.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, klubun rəhbərliyi məşqçi və futbolçuları “Karvan”la oyundan (2:2) sonra bu barədə məlumatlandırıb.

Funksionerlər onlarla görüşdə mövcud vəziyyət haqda danışıb, 2-ci Liqada çıxış etməyəcəklərini açıqlayıblar. Onların bildirdiyinə görə, 1-ci Liqada yerini qoruya bilməyən komandaya vəsait ayırmaq fikirləri yoxdur.

“Qaradağ Lökbatan” aşağı dəstənin ən təcrübəli iştirakçılarından biridir. Qəsəbə klubu ardıcıl 16 mövsüm burada çıxış edib.

2009/10 mövsümündə “Neftçi” İSM adı ilə qatıldığı yarışda 2 ildən sonra “Qaradağ Lökbatan”a çevrilib. Komanda həm də aşağı dəstənin ən uğurlu yarışmaçılarıdan biri idi. Ötən il son turlara qədər çempionluq uğrunda mübarizə aparan və Premyer Liqaya vəsiqəni “Şamaxı” ilə mübarizədə əldən verən “Qaradağ Lökbatan” 7 dəfə mükafatçılar sırasında yer alıb. 2011/12 və 2021/22 mövsümlərində çempion olsa da, Premyer Liqa üçün lisenziya ala bilməyib. 2012/13, 2015/16, 2017/18 və 2023/24 mövsümlərində 1-ci Liqada 2-ci yeri tutan komanda 2013/14 mövsümündə 3-cü yerlə kifayətlənib.

“Qaradağ Lökbatan” indiki kimi 2019/20 mövsümündə də sonuncu yeri tutub. Amma 13 komandalı çempionat həm koronavirus pandemiyasına görə yarımçıq qalıb, həm də ikinci dəstə olmadığı üçün aşağı yuvarlanmaq qaydası işləməyib.

Qeyd edək ki, səfərdə “Karvan”la 2:2 hesablı heç-heçə edən Bakı klubu sona 1 tur qalmış sonuncu yeri rəsmiləşdirib. 23 xala malik “Qaradağ Lökbatan” “Difai” və “Cəbrayıl”dan 3 xal geri qalır. Xallar eyni olduqda, qələbə sayı əsas götürüldüyü üçün qəsəbə təmsilçisi digər iki komandadan hər hansı birini keçmək şansını itirib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 May 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri