Azərbaycanda ilk: 2 parkı birləşdirmək üçün prospektin altından tunel salınıb FOTO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident İlham Əliyevin fevralın 7-si açılışını etdiyi və ötən ildən təmirə bağlanan park marağa səbəb olub.
Avtosfer.az xəbər verir ki, metronun “Gənclik” stansiyası yaxınlığında yenicə sakinlərin istifadəsinə verilən parkla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb. İllərdir “Dədə Qorqud” parkının Atatürk prospektinə tərəf olan hissəsində tunel yarımçıq qalmışdı. Artıq həmin tuneldən yeni parka keçid yaradılıb.
Belə ki, prospektin altı ilə uzanan tunel vasitəsilə “Antena” parkı adlanan hissəyə təhlükəsiz şəkildə girmək mümkündür.
Bu park açılanda onun niyə hasara alındığı maraq doğururdu. Görünür, parkın kənarları torpaqlı olduğundan (kolluq və ağaclıq) belə düşünülüb. Amma parkdan onu əhatə edən küçələrə giriş-şıxış yerləri var.
Burada yerləşən iki restoranın hər birinin üzərindən ətrafı seyr etmək mümkündür. Restoranların damları süni otla örtülüb. Hər iki obyektin aşağı hissəsində amfiteatr və onların da qarşısında səhnələr qurulub.
Parkın ərazisində 1930-cu illərin memarlıq nümunəsi sayılan inzibati bina var Keçmişdə bu bina Radio Mərkəzi kimi tanınıb. Bina təmir edilib, daxilində isə tamamlama işləri gedir.
“Antena” parkının ərazisindəki tarixi inzibati binanın əslində sökülməsi planlaşdırılsa da, saxlanıldı və təmir edildi.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 28 Fevral 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















