Azərbaycanda ilk dəfə Çin Sirki “Santa və Qızıl Əjdaha” Circus Sea Breeze də Yeni İl Şousu
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Circus Sea Breeze 13 dekabr - 11 yanvar tarixlərində Azərbaycanda ilk dəfə olaraq orijinal Çin sirkini təqdim edir.
"Santa və Qızıl Əjdaha" adlı bu yeni il proqramı Çin akrobatikasını, Şaolin sinxronluğunu, hava nömrələrini, balans və akrobatik piramidaları birləşdirən xüsusi bir səhnə layihəsidir. Şou müasir texnologiyalar - gologramlar, animasiyalar və 7D effektləri ilə zənginləşdirilərək tamaşaçılara immersiv vizual təcrübə təqdim edəcək.
Yeni il dekorasiyası - Santa, yolka, qırmızı fənərlər və işıq elementləri - şounun bayram ab-havasını gücləndirəcək və həm uşaqlar, həm də böyüklər üçün maraqlı atmosfer yaradacaq.
Adət-ənənəyə sadiq qalaraq, şounun təşkilatçısı Allahverdi İsrafilov ilk nümayişləri valideyn himayəsindən məhrum olmuş uşaqlara, şəhid və qazi övladlarına, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr edir. Məqsəd yeni ilin ilk günlərində bu uşaqlara diqqət, sevinc və unudulmaz bayram ovqatı bəxş etməkdir.
Noyabrın 30-dək davam edən xüsusi kampaniya çərçivəsində bütün biletlər 15 AZN qiyməti ilə təqdim olunur. Tamaşaçıların rahatlığı üçün "Koroğlu" metrosundan Circus Sea Breeze-ə və geri xüsusi avtobus xidməti təşkil olunacaq.
Biletləri şəhərin bütün kassalarından və https://iticket.az/ru/events/circus/chinese-circus-santa-and-the-golden-dragon saytından əldə etmək mümkündür.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















