Azərbaycanda ilk dəfə orta çəkili yük avtomobilləri və avtobuslar üçün əyləc bəndləri istehsal ediləcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 6 avqust, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti “Brake Systems Azerbaijan” MMC tərəfindən 600 min manatlıq məhsul satışı edilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, müəssisədə hazırda Yaponiya və Cənubi Koreya istehsalı olan minik avtomobilləri üçün əyləc bəndlərinin hazırlanması həyata keçirilir. Çinin qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisədə 220 çeşiddən artıq əyləc bəndi istehsal olunur.
Müəssisədə hazırda ancaq minik avtomobilləri üçün əyləc bəndləri istehsal edilir, cari ildən etibarən isə orta çəkili yük avtomobilləri və avtobuslar üçün də sözügedən məhsulun istehsalına başlanılması nəzərdə tutulur.
İnvestisiya kapitalı 1,9 milyon manat təşkil edən müəssisədə 15 nəfər daimi işlə təmin edilib.
Cənubi Qafqazda yeganə əyləc bəndi istehsal edilən bu müəssisədə xammal Çin və Özbəkistandan gətirilir. Yaxın vaxtlarda isə məhsul istehsalında yerli xammaldan istifadə edilməsi planlaşdırılır.
Hazırda əyləc bəndlərinin “Klass” brendi adı altında daxili bazara satışı həyata keçirilir, eyni zamanda, İraq, Qazaxıstan və digər ölkələrə ixracı istiqamətində danışıqlar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 06 Avqust 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















