Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək
Icma.az bildirir, Report.az portalına istinadən.
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.
AVF-nin təşkil etdiyi yarış dekabrın 25-26-da Şahdağ Turizm Mərkəzində baş tutacaq. Çempionatda 4 qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21), 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası iştirak edəcək.
Yarışın ilk günündə oyunlar dairəvi sistem üzrə keçiriləcək. Toplanacaq yekun xallara görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutacaq komandalar isə üçüncülük uğrunda oynamaq imkanı qazanacaqlar.
Final və üçüncü yer uğrunda qarşılaşmalar yanvarın 26-da baş tutacaq. Daha sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Yanvar 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















