Icma.az
close
up
RU
Azərbaycanda İLK DƏFƏ Ürək damarına kök hüceyrə transplantasiya edildi FOTOLAR

Azərbaycanda İLK DƏFƏ Ürək damarına kök hüceyrə transplantasiya edildi FOTOLAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda ilk dəfə xəstənin ürək əzələsinə kök hüceyrələrin transplantasiyası həyata keçirilib. Əməliyyat Bakı Sağlamlıq Mərkəzində baş tutub.

Modern.az-a açıqlamasında Mərkəzinin ürək-damar cərrahı Vüsal Hacıyev bildirib ki, ağır vəziyyətdə olan, ürək infarktından sonra 20 gün ərzində digər klinikalarda müalicə ala bilməyən xəstə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.

"Xəstə müraciət etdikdə vəziyyəti olduqca kritik olub və ürək əzələsinin yığılma qabiliyyəti (fraksiya) 15 faizdən də aşağı, ağciyər ödəmi, qaraciyər və böyrək çatışmazlığı, eləcə də qalxanabənzər vəz funksiyasının pozulması qeydə alınıb", - o bildirib.

Həkimin sözlərinə görə, mərkəzdə aparılan müayinələr zamanı xəstədə ciddi ürək damar tıxanıqlığı və ürək əzələsinin genişlənməsi aşkar edilib. O qeyd edib, belə ağır hallarda yüksək riskli açıq ürək əməliyyatlarının aparılması olduqca mürəkkəb hesab olunsa da, mərkəzin bu sahədəki təcrübəsinə əsasən xəstə qəbul edilib.

V.Hacıyevin sözlərinə görə, əməliyyatın unikal cəhəti isə ondan ibarət olub ki, bu dəfə klassik açıq ürək əməliyyatı ilə yanaşı, həm damar daxilinə, həm də birbaşa ürək əzələsinə kök hüceyrələrin transplantasiyası da həyata keçirilib. Bu metod dünya təcrübəsində çox nadir hallarda tətbiq olunur və ilk dəfə olaraq belə ağır vəziyyətdə olan xəstədə iki metodun eyni vaxtda istifadəsi ilə icra olunub:

“Kök hüceyrələr Genetik Ehtiyatlar İnstitutundan əldə olunub və tam sertifikatlaşdırılmış materiallardan istifadə edilib. Hüceyrələrin yetişdirilməsi 4-5 gün çəkib və bu müddətdə xəstə əməliyyata hazırlıq mərhələsinə alınıb.

Cərrahi müdaxilə 3 saat davam edib və texniki baxımdan olduqca mürəkkəb olub. Bu cür əməliyyatların təxminən 40% ölüm riski və 80%-dən çox hallarda reanimasiya müddətinin bir həftədən uzun çəkməsi ehtimalı olsa da, əməliyyat uğurla nəticələnib. Hazırda xəstənin vəziyyəti qənaətbəxş qiymətləndirilir”.

Ürək-damar cərrahı onu da əlavə edib ki, kök hüceyrə transplantasiyasının tam effektivliyi 6-12 ay ərzində özünü göstərir. Bu əməliyyat öz kompleksliyi və tibbi yanaşmanın innovativliyi baxımından dünya praktikasında ilk nümunələrdən biri hesab edilir.

Əməliyyat edilən Mehman Fətəliyev özünü normal hiss etdiyini bildirib.

"Əməliyyat uğurla keçdi. Gələndə cəmi 15 faiz ürək fəaliyyətim vardı. Əməliyyatdan sonra 24 saat reanimasiyada qaldım, daha sonra palataya köçürüldüm. Özümü normal hiss edirəm", - o deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Avqust 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see192

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see174

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see164

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see160

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see144

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see138

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see137

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see136

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri