Icma.az
close
up
RU
Azərbaycanda illik inflyasiya iyunda 5.8% ə yüksəlib DSK

Azərbaycanda illik inflyasiya iyunda 5.8% ə yüksəlib DSK

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ilin iyun ayında istehlak qiymətləri illik müqayisədə (illik inflyasiya) 5,8% artım təşkil edib ki, bu da öncəki ayda qeydə alınan 5,6%-i 2 faiz bəndi üstələyib. Hazırda qiymət sabitliyinin təmin edilməsini əsas mandat kimi müəyyən edən Azərbaycan Mərkəzi Bankının inflyasiya hədəf diapazonunun yuxarı həddi olan 6%-ə cəmi 0,2 faiz bəndi qalıb.

Bizimyol.info Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istindaən xəbər verir ki, qida inflyasiyası illik müqayisədə 7% alkoqol 7.5%, tütün isə 9.5% bahalaşıb.

Bununla belə illik qeyriqida inflyasiyası 3,8%, ödənişli xidmətlər isə 5,6% olub.

Aylıq müqayisədə isə inflyasiya mənfi olub və istehlak qiymətləri may ayı ilə müqayisədə 0,3% azalıb.

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda orta inflyasiya və ya istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb. Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 6,7%, qeyri-qida məhsullarının qiymətləri 3,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlərin tarifləri isə 5,7% yüksəlib.

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. 2027-ci il üzrə inflyasiya isə fevraldakı 4% proqnozu mayda 4.5% ilə dəyişdirilib. İnflyasiya proqnozunun artırılması xarici mənşəli təzyiqlərin aktivləşməsi ilə izah olunur.

Bununla belə AMB ölkədə illik inflyasiya hədəf intervalı (4±2%) daxilində qalmağa davam edəcəyini bildirib. AMB son faiz dəyişməsi 2026-cı il fevralın 5-dən etibarən olub. Belə ki, requlyator uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində müəyyən edilib. Ondan sonrakı iki iclasda gözləmə mövqeyində qalıb.

Azərbaycan Mərkəzi Bankı inflyasiyanı 2–6% hədəf diapazonunda saxlamağa çalışır. İnflyasiya 6%-i aşdıqda qiymət artımlarını cilovlamaq üçün adətən pul siyasətini sərtləşdirir, yəni uçot dərəcəsini və digər alətləri artıraraq iqtisadiyyatda pul kütləsinin artımını məhdudlaşdırır. Əksinə, inflyasiya 2%-dən aşağı düşdükdə iqtisadi fəallığı dəstəkləmək məqsədilə pul siyasətini yumşalda, o cümlədən uçot dərəcəsini azalda və maliyyə şəraitini daha əlverişli edə bilər.

Mərkəzi Bankən İdarə Heyəti 2026-cı ilin beçinci faiz qərarına dair iclası 31 iyulda olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 İyul 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri