Azərbaycanda insan alverində təqsirləndirilən qadınlara 16 il cəza verildi
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycanda insan alverində şübhəli bilinən qadınlara hökm oxunub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən N.Səttarova və A.Kalimulina tutulublar.
Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq yekunlaşaraq materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin hökmünə əsasən, onlar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.3, 144-1.2.4-1, 144-1.2.5 (insan alveri) və 144-3.4-cü maddələri ilə təqsirli bilinərək N.Səttarova 8 il 1 ay, A.Kalimulina isə 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Baxış sayı:97
Bu xəbər 09 Aprel 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















