Icma.az
close
up
RU
Azərbaycanda internatura təhsili bərpa edilə bilər

Azərbaycanda internatura təhsili bərpa edilə bilər

Modern.az saytına istinadən Icma.az xəbər verir.

“İşsizlikdən sığorta mexanizmi yalnız o zaman effektiv ola bilər ki, bütün kateqoriyalarda çalışan şəxslərin əmək statusu dəqiq müəyyənləşdirilmiş olsun”. 

Modern.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ölkəmizdə rezident həkimlər faktiki olaraq real əməyin bütün yükünü daşıdıqları halda, onların hüquqi statusu tam tənzimlənməyib. 

“Onlar növbələrdə qalır, pasiyent qəbul edir, təcili yardım prosesində iştirak edir, əməliyyatlara girirlər və bu təcrübə onların təhsilinin bir hissəsidir. Faktiki olaraq tibb personalı kimi ölkənin əsas xəstəxanalarında fəaliyyət göstərirlər. Lakin onların böyük bir hissəsi rəsmi əmək müqaviləsi ilə ya tam təmin olunmayıb, ya da yalnız Elm və Təhsil Nazirliyi tərəfindən verilən təqaüd əsasında Səhiyyə Nazirliyinə ayrılmış vəsaitlər çərçivəsində ödəniş alırlar. Bu isə əmək münasibətlərinin rəsmiləşdirilməməsi deməkdir. Nəticədə bu vəziyyət gələcəkdə sosial sığorta ödənişlərinə, işsizlikdən sığorta hüquqlarına, eləcə də pensiya kapitalının yığılmasına mənfi təsir göstərir və sistemdə boşluq yaradır” – deyə R. Mahmudov vurğulayıb.

“Əgər biz bütün sahələrdə işçi hüquqlarının bərpasından, sosial müdafiənin gücləndirilməsindən danışırıqsa, tibb sahəsində real fəaliyyət göstərən gənc həkimlərin hüquqi statusunun qeyri-müəyyən qalması artıq yolverilməz haldır. Unutmaq olmaz ki, bu şəxslər ən yüksək balla tibb universitetinə daxil olmuş, sonra isə daha yüksək imtahan nəticələri ilə rezidenturaya qəbul olunmuş şəxslərdir və hazırda ölkənin aparıcı xəstəxanalarında xalqımıza xidmət göstərirlər”.

Deputatın sözlərinə görə, 2011-ci ildən internatura proqramının ləğvi sistemdə boşluqlar yaradıb. Bu proses Səhiyyə Nazirliyi tərəfindən diqqətlə araşdırılmalı və həll edilməlidir. 

“Hazırda səhiyyə sahəsində dövlət büdcəsindən ayrılan vəsait 400 dəfə artırılaraq, son 5 il ərzində 800 milyondan 3,7 milyard manata yüksələn rəqəmlər fonunda, hələ də birinci mərhələli tibbi xidmətdə müşahidə olunan bəzi çatışmazlıqlar və insan kapitalı ilə bağlı boşluqlar, əslində, rezidentura proqramına qəbul olunmayan şəxslərin internatura mərhələsindən keçməməsi ilə bağlıdır.

Beynəlxalq səviyyədə qeyd etmək istəyirəm ki, heç bir nəzarətli praktiki hazırlıq dövrünü,- yəni internatura mərhələsindən keçməmiş şəxsə insan üzərində tibbi müdaxilə hüququ verilmir. Bu həm də gənclərin gələcəyinə, tibbi peşəyə olan marağın davamlılığına da mənfi təsir göstərə bilər”.

Deputat sonda bu sahələri əhatə edən dəyişikliklər də təklif edib:

“Tibbi təhsildə internatura mərhələsinin bərpası və ona ekvivalent praktik ilin yaradılması, rezident həkimlərə əmək müqaviləsinin qanunvericiliklə məcburi şəkildə tətbiqi, rezidentura proqramının məzmununun və klinik yükünün tibb müəssisələrinin real ehtiyaclarına uyğunlaşdırılmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri