Icma.az
close
up
RU
Azərbaycanda internet kəsilə bilər: “Kiberhücumlar gözləniləndir”

Azərbaycanda internet kəsilə bilər: “Kiberhücumlar gözləniləndir”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Rusiya ilə Azərbaycan arasında son dövrlərdə yaşanan siyasi gərginlik fonunda ölkəmizdə internetin kəsilə biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Bəs bu məlumatlar nə dərəcədə doğrudur?

İKT üzrə ekspert Elvin Abbasov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bu gün Azərbaycan internet sahəsində müstəqil ölkədir.

Onun sözlərinə görə, Azərbaycanın bir neçə alternativ magistral internet kanalı mövcuddur:

“Heç bir ölkə internet müstəvisində şantaj olunmur. Biz görürük ki, hətta Rusiya ilə ABŞ arasında ciddi siyasi və hərbi münaqişələr yaşansa belə, ABŞ heç vaxt Rusiyaya qarşı internet sanksiyası tətbiq etməyib, belə bir təcrübə yoxdur.

Azərbaycan da istənilən siyasi və ya fiziki gərginlik fonunda digər ölkələrlə münasibətlərində internet baxımından heç bir təhlükə yaşamır.

Magistral internet xətlərinə zərər yetirmək kimi bir anlayış indiyədək sadəcə bir dəfə hansısa terror təşkilatının boş və reallaşmamış bəyanatında səsləndirilib. O da okeandakı internet kabelinin zədələnməsi ilə bağlı idi.

Nəticə etibarilə, bu gün Azərbaycan internet sahəsində müstəqil ölkədir. Azərbaycanın bir neçə alternativ magistral internet kanalı mövcuddur. Eyni zamanda, "Starlink" peyk interneti də artıq Azərbaycanda aktivdir”.

O bildirib ki, bu bəyanatlar mənasızdır:

“Əgər Rusiya Azərbaycanın magistral internet xətlərinə müdaxilə etmək istəsə belə, bu, ölkəmiz üçün təsirli bir mexanizm olmayacaq. Çünki Bizim kifayət qədər alternativimiz var.

Biz həm ölkədaxili, həm də xarici interneti bir neçə alternativ mənbədən eyni vaxtda əldə edirik. Bu kanallardan birinin sıradan çıxması belə bizə ciddi təsir etməz.

Üstəlik, bu cür bir qərarın gündəmdə olması da real görünmür. 

Əgər belə bir addım atılsa, bu, sadəcə gülünc olar. Bir neçə alternativi olan bir sistemdə yalnız bir kanalı kəsməklə heç bir təzyiq yaratmaq mümkün deyil”. 

Elvin Abbasov qeyd edib ki, bunun əvəzində, kiberhücumlar gözləniləndir:

“Məsələn, İran-İsrail münaqişəsində hər iki tərəf bir-birinin dövlət resurslarına ciddi kiber hücumlar təşkil etmişdi.

Eyni hal daha əvvəl Azərbaycanla Rusiya arasında yaşanan gərginlik zamanı, bizim təyyarəmiz orada vurulmuşdu. Həmin vaxt Rusiyanın APT29 adlı haker qrupu Azərbaycanın media sektorunda fəaliyyət göstərən 10 böyük sayta hücum etmişdi. Baxın bu tip hücumlar gözləniləndir.

Belə hücumlar, xüsusilə də dövlət tərəfindən maliyyələşdirilən APT qruplarının fəaliyyəti, bu gün artıq müasir müharibə üsullarından biri sayılır. Yəni, siyasi və hərbi gərginlik fonunda dövlətlə əlaqəli haker qruplarının aktivləşməsi normal haldır.

Bu, həm informasiya müharibəsinin, həm də kiber müharibənin tərkib hissəsidir. Həm informasiya müharibəsi, həm kiber sahədə hücumlar hamısı hibrit müharibəni motivləri hesab olunur.

Necə ki, siyasi gərginlik və fiziki müharibə fonunda mütləq ki, heker qrupları aktivləşir və ölkələrin dövlət resurslarına zərərlər verilir. Amma digər istiqamətdə hər hansı internet magistral kanalları məhdudlaşdırmaq fikri absurddur”.

Ekspert vurğulayıb ki, bütün bunlar texniki məsələlərdir: 

“Məsələn, hazırda "Delta Telekom"un öz magistral xətti var, "Azerconnect"in də öz infrastrukturu mövcuddur. Xəzər dənizinin altı ilə yeni bir kabel xətinin çəkilişi davam edir.

Hansı ki, Azərbaycana 2 əsas provayder xidmət edir. Əsas internet təminatçıları "Azerconnect", "Delta Telekom" və artıq "Aztelekom" tərəfindən yeni bir magistral kanal layihəsi icra olunur.

Hazırda Azərbaycanda peyk interneti, o cümlədən "Starlink" aktiv vəziyyətdədir. Dövlət və özəl sektorun təşəbbüsü ilə Azərbaycanda 3-dən çox magistral internet kanalı fəaliyyət göstərir.

Bu səbəbdən hər hansı bir kanalın sıradan çıxması ölkədə internetin dayanmasına və ya məhdudlaşdırılmasına səbəb ola bilməz.

Bu gün Azərbaycanda internet təhlükəsizliyi baxımından ciddi risk və ya təhdid yoxdur. Belə bir vəziyyət daha əvvəl heç bir ölkə arasında da müşahidə edilməyib”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: İnternet Kiberhücumlar Rusiya Elvin Abbasov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyul 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri