Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Azərbaycanda internet xidmətlərinin inkişafı: Son 5 ilin statistik təhlili

Azərbaycanda internet xidmətlərinin inkişafı: Son 5 ilin statistik təhlili

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində mühüm irəliləyişlərə imza atılıb. Xüsusilə 2020–2024-cü illər ərzində internet infrastrukturunun genişləndirilməsi, fiber-optik xətlərin çəkilməsi, sürətin və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar ölkənin rəqəmsal transformasiya strategiyasına uyğun şəkildə həyata keçirilib. Pandemiya dövründə sürətlənmiş rəqəmsallaşma prosesi həm dövlət qurumlarını, həm də özəl sektoru texnoloji modernləşməyə vadar edib, nəticədə internetdən istifadə səviyyəsində artım müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, son illərdə Azərbaycanda internet infrastrukturunda texnoloji yeniliklərin tətbiqi rəqəmsal transformasiya prosesini nəzərəçarpacaq dərəcədə sürətləndirib.

Fiber-optik texnologiyalar

Ölkədə internet infrastrukturunun təkmilləşdirilməsi istiqamətində əsas addımlardan biri fiber-optik texnologiyaların tətbiqidir. Sözügedən texnologiyaların tətbiqinə 2018-ci ildən başlanılıb. Həmin il Bakıda “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) tərəfindən GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında fiber-optik şəbəkənin qurulması layihəsi həyata keçirilib. Bu texnologiya vasitəsilə bir xətt üzərindən internet, telefon və televiziya xidmətlərinin təqdim olunmasına başlanılıb. Daha sonra bu texnologiyanın tətbiqi regionlara da yayılıb. 2022-ci ildə Quba rayonunun Vladimirovka və Xınalıq kəndlərində, 2023-cü ildə Tovuz rayonunun bir neçə kəndində GPON texnologiyası əsasında fiber-optik şəbəkələr qurulub. Şəki rayonunun Kiçik Dəhnə kəndində 2,800 ev təsərrüfatı GPON texnologiyası ilə təmin olunub, 1,319 abunəçi yeni texnologiyaya keçid edib və internet sürəti 30 Mbit/s-dən 100 Mbit/s-dək yüksəlib. Hazırda ölkənin müxtəlif bölgələrində bu texnologiya əsasında yüksəksürətli internet xidmətləri təqdim olunur.

“Onlayn Azərbaycan” layihəsi

Azərbaycanda rəqəmsal transformasiyanın əsas sütunlarından biri “Onlayn Azərbaycan” layihəsidir. Layihə 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilməyə başlanıb. Layihənin əsas məqsədi ölkənin ən ucqar yaşayış məntəqələrində belə yüksəksürətli internetə çıxışı təmin etmək və rəqəmsal xidmətlərin əlçatanlığını artırmaqdır. “Onlayn Azərbaycan” layihəsi dövlət-özəl tərəfdaşlıq modeli əsasında həyata keçirilir. İlk vaxtlarda layihənin əsas icraçıları “Aztelekom” MMC, “Baktelecom”, “Azeronline LTD” və “Smart Systems Technology” şirkətləri olub.

Layihə çərçivəsində müasir GPON (Gigabit Passive Optical Network) texnologiyası tətbiq olunur. Bu texnologiya vasitəsilə mövcud ADSL avadanlıqları IMS platforması ilə işləyən GPON avadanlıqları ilə əvəz edilir, köhnə mis magistral kabel infrastrukturu optik kabellərlə dəyişdirilir və optik paylayıcı şəbəkə qurulur. Bu yeniliklər internet xidmətinin keyfiyyətini artırmaqla yanaşı, əlavə xidmətlərin, məsələn, IPTV-nin təqdim olunmasına imkan yaradır.

Layihənin icrasına başlandığı 2021-ci ildən etibarən ölkə üzrə genişzolaqlı internetin sürəti 17.2 Mbit/s-dən 2024-cü ildə 66 Mbit/s-yə çatdırılıb və 4 dəfə artım qeydə alınıb. Azərbaycanda 2017-2020-ci illərdə 227 min, 2021-2023-cü illərdə isə 1 milyon 689 min ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internetə çıxış əldə edib. Təkcə 2023-cü il ərzində Azərbaycanda 1,1 milyondan artıq ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. 2024-cü ildə isə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş təsərrüfat sayı 2,2 milyonu ötüb.

İnternet sürəti və abunəçi sayı

Bu illərdə Azərbaycanda sabit genişzolaqlı internetin sürəti ilə də bağlı önəmli dəyişikliklər baş verib. 2020-ci ilin sonuna ölkədə sabit genişzolaqlı internetin orta yükləmə sürəti 23,6 Mbit/s olub. 2021-ci ilin dekabr ayında bu göstərici 26,9% azalaraq 17,24 Mbit/s təşkil edib. 2022-ci ilin yekununda sabit genişzolaqlı internetin orta yükləmə sürəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 57,5% artaraq 27,15 Mbit/s olub. 2023-cü ilin dekabrında bu göstərici 35,25 Mbit/s-ə yüksəlib ki, bu da illik 29,8% artım deməkdir. 2024-cü ilin dekabr ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta yükləmə sürəti 65,59 Mbit/s təşkil edib . Bu göstərici illik müqayisədə təxminən 86% çoxdur. Bu artım, ölkədə internet infrastrukturunun təkmilləşdirilməsi və fiber-optik şəbəkələrin genişləndirilməsi kimi təşəbbüslərin nəticəsidir.

Mobil internetin sürəti isə 2020-ci ilin noyabr ayında 15,86 Mbit/s təşkil edib. İnfrastrukturun tam inkişaf etməməsi və bəzi bölgələrdə köhnə texnologiyaların istifadəsi sürətlərin dəyişkənliyinə səbəb olub. 2021-ci ilin dekabr ayında Azərbaycanda mobil internetin orta yükləmə sürəti illik təqribən 83,23% artaraq 29,06 Mbit/s təşkil edib. 2022-ci ilin sonuna mobil internetin orta yükləmə sürəti illik müqayisədə təxminən 20,2% artaraq 34,93 Mbit/s, 2023-cü ilin sonuna 25,4% artaraq 43,8 Mbit/s, 2024-cü ilin sonuna 29,6% artaraq 56,78 Mbit/s olub.

Son beş ilin yekunlarına görə, Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı 2020-ci ildə 1,1 milyon nəfər (hər 100 nəfərə 11,6 abunəçi), 2021-ci ildə 1,3 milyon nəfər (hər 100 nəfərə 12,9 abunəçi), 2022-ci ildə 1,4 milyon nəfər (hər 100 nəfərə 14,3 abunəçi), 2023-cü ildə 1,7 milyon nəfər (hər 100 nəfərə 16,7 abunəçi), 2024-cü ildə 2,2 milyon nəfər olub. Mobil internet istifadəçilərinin sayı isə 2020-ci ildə 6,3 milyon nəfər (hər 100 nəfərə 63,4 abunəçi), 2021-ci ildə 6,9 milyon nəfər (hər 100 nəfərə görə 68,7 abunəçi), 2022-ci ildə 8 milyon nəfər (hər 100 nəfərə görə 79,1 abunəçi), 2023-cü ildə 11,8 milyon nəfər (hər 100 nəfərə görə 86,7 abunəçi) təşkil edib.

Problemlər nələrdir?

Bunlarla yanaşı ölkədə internet infrastrukturu və internet xidmətlərinin keyfiyyəti ilə bağlı problemlər də yox deyil. Bəzi ərazilərdə, xüsusilə də regionlarda internet sürətindəki nominal artım real istifadəçi təcrübəsində tam əks olunmur. Bir çox istifadəçilər real istifadədə sürətin rəsmi göstəricilərdən xeyli aşağı olduğunu bildirir. Sektorda tənzimləyici qurum olan İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” platformasına son illərdə daxil olan müraciətlər arasında internet xidmətləri ilə bağlı şikayətlər üstünlük təşkil edir. 2023 və 2024-cü illər üzrə statistik təhlil göstərir ki, platformaya edilən ümumi şikayətlərin təqribən 40%-ni internet provayderlərinə yönəlmiş narazılıqlar təşkil edir. Bu quruma edilən və sosial şəbəkələrdə bildirilən şikayətlər əsasən, sürət azlığı, müştəri xidmətlərinin zəif reaksiyası, tarif uyğunsuzluğu, texniki nasazlıqların günlərlə aradan qaldırılmaması, qəfil sürət düşmələri, qəfil internetin dayanması və tez-tez “disconnect” halları, xüsusilə yağış, külək kimi hava problemlərində əlaqənin tez sıradan çıxması, internetin fasilələrlə işləməsi, gecə saatlarında normal, gündüzlər isə zəif xidmət, pik saatlarda sürətin ciddi şəkildə düşməsi, xidmət keyfiyyəti ilə ödəniş arasında disbalans olması, yeni yaşayış massivlərinə və binalara internet xəttinin çəkilməsində gecikmələr kimi məsələlərlə bağlı olur. Bakı və iri şəhərlərdə fiber-optik texnologiyalar tətbiq olunsa da, regionlarda problemlərin qaldığı bildirilir. İnternet istifadəçilərinin bəzən müqavilədə göstərilən 30–50 Mbit/s sürətin əvəzinə 5–10 Mbit/s civarında sürətlə xidmət aldıqlarını bildirir. Narazılıqlara görə, bir çox hallarda nasazlıqlar 3–5 gün ərzində belə aradan qaldırılmır. Xüsusilə onlayn oyun və uzaqdan işləyən istifadəçilər üçün bu, ciddi problemlər yaradır.

Nəticə

Yekun olaraq deyək ki, son illərdə Azərbaycanda genişzolaqlı internetin inkişafı istiqamətində mühüm addımlar atılsa da, bu sahədə hələ də tamamlanmamış işlər qalır. Statistik rəqəmlər 2021-ci ildən ölkədə genişzolaqlı internetin əhatə dairəsinin kifayət qədər artdığını göstərir. Bu artımın səbəbi bir tərəfdən dövlətin rəqəmsal infrastrukturun inkişafına yönəltdiyi siyasətin nəticəsi, digər tərəfdən isə texnoloji tələbatın sürətlə yüksəlməsidir. Sözügedən inkişaf bir neçə paralel strategiyanın tətbiqi ilə mümkün olub: optik şəbəkələrin mərhələli genişləndirilməsi, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilən infrastruktur modernizasiyası və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi. Bununla belə, regionlar üzrə əhatəlilikdə fərqlərin qalması, sabit və yüksək sürətli internetə çıxış imkanlarının bərabər paylanmaması, xüsusilə ucqar ərazilərdə hələ də əngəllər olduğunu göstərir. Bu səbəbdən, qarşıdakı dövrdə həm infrastruktur qurulması üçün investisiyaların davam etdirilməsi, həm də provayder xidmətlərinin keyfiyyətinin artırılması genişzolaqlı internetin daha ədalətli və dayanıqlı yayılmasını təmin edəcək əsas istiqamətlərdən biri olmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 May 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri