Azərbaycanda iqlim məlumat alt sistemi yaradıla bilər
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai müzakirəyə təqdim etdiyi "İqlim haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, məlumat sisteminin emissiya məlumatlarının monitorinq, hesabatlılıq və yoxlama çərçivəsində təqdim edilən hesabatların, milli inventarlaşdırma nəticələrinin, karbon reyestri üzrə məlumatların, karbon layihələrinin, iqlim maliyyəsi və uyğunlaşma tədbirləri üzrə məlumatların vahid qaydada elektron mübadiləsi və analitik emalı məqsədilə yaradılması nəzərdə tutulur.
İqlim məlumat alt-sistemi məlumatların elektron təqdim edilməsini, avtomatlaşdırılmış yoxlanılmasını, arxivləşdirilməsini, dəyişiklik tarixçəsinin saxlanılmasını, statistik təhlilini və hesabatların formalaşdırılmasını təmin edir.
İqlim məlumat alt-sisteminin yaradılması və istismarı REİS-in ("Rəqəmsal ekologiya" informasiya sistemi) Əsasnaməsinə uyğun olaraq həyata keçirilir.
Məlumatların açıqlanması şəffaflıq prinsipi əsasında həyata keçirilir və kommersiya sirri, fərdi məlumatların qorunması, informasiya təhlükəsizliyi və dövlət sirri tələbləri nəzərə alınır.
İqlim məlumat alt-sisteminin digər dövlət informasiya sistemləri ilə inteqrasiyası qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 22 İyul 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















