Azərbaycanda iş adamı lüks avtomobili ilə düşdüyü qəzada öldü Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobil dərəyə aşıb.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü Xaçmaz rayon sakini Şamil Zehyəddin oğlu Orucov ölüb.
Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, hazırda onlara tibbi yardım göstərilir.
Qəza nəticəsində dünyasını dəyişən şəxs, Şamil Orucov Xaçmazda tanınan iş adamıdır. O, Xaçmazda yerləşən "Daş bazarı və "Mal bazarı" kimi tanınan bazarların sahibi olub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 15 Dekabr 2024 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















