Icma.az
close
up
RU
Azərbaycanda iş də var, işsiz də: Qadınlar daha tez iş tapır, yoxsa kişilər?

Azərbaycanda iş də var, işsiz də: Qadınlar daha tez iş tapır, yoxsa kişilər?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda kişilərin, yoxsa qadınların daha rahat iş tapması ilə bağlı fərqli fikirlər var.

Belə ki, kişilər qadınların iş tapmalarının daha asan olduğunu düşünürlər. Çünki müəyyən xidmət sahələrində qadınlar daha çox çalışır. Bu işlər cəmiyyət tərəfindən “qadın işləri” olaraq qəbul edilir. Digər tərəfdən, bəzi ölkələrdə, xüsusilə İran, Türkiyə və Rusiyada bəzi xidmət sahələrində  qadın sayı azdır. Məsələn, Çində bir neçə həmkarlar ittifaqı və təşkilatlar işəgötürənlərə qadın namizədlərin ailə vəziyyəti və uşaq sahibi olub-olmaması ilə bağlı suallar verməmələri barədə xəbərdarlıq edib.

Bu addım qadınların karyera və ailə arasında seçim etmək məcburiyyətində qalması probleminə diqqət çəkir. Lakin Azərbaycanda xüsusilə xidmət sektorunda daha çox qadınlar işləyir. Üstəlik işə qəbul zamanı qadınlara yaş məhdudiyyəti qoyulur. Məsələn, iş elanlarında namizədlər üçün “25-35 yaş arası xanım işçi axtarılır” kimi tələblər onların iş hüquqlarını qanunsuz olaraq məhdudlaşdırır. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Cümhuriyət”-ə bildirib ki, dəqiq statistik məlumatlar yox, yalnız formal əmək bazarına dair məlumatlar var:

“Statistikaya əsasən, işləyənlərin sayı təxminən 5 milyon civarındadır. Onlardan 1,8 milyonu əmək müqaviləsi ilə çalışır, bu da əsasən dövlət sektoruna aiddir. Dövlət sektorunda isə ən çox işçi qüvvəsi səhiyyə və təhsil sahələrində fəaliyyət göstərir, burada da qadınlar üstünlük təşkil edir. Özəl sektorda isə bu statistika dəqiq deyil. Çünki qeyri-formal əmək bazarına aid olan ailə-kəndli təsərrüfatları və digər sahələrdə bu məlumatlar yoxdur”. 

Sahib Məmmədov qeyd edib ki, ümumilikdə, kişilər üçün iş tapmaq və miqrasiya etmək daha asan olur:

“Bütövlükdə götürəndə kişilərə bu baxımdan asandır ki, onlar miqrasiya edə, müxtəlif işlərə gedə bilirlər. Qadınlar üçün isə bu cür seçimlər daha azdır. Bundan əlavə, yaş məhdudiyyəti qanunvericiliklə tənzimlənən hallarda, məsələn, dövlət orqanları və büdcə təşkilatlarında işləmənin son həddi 65 yaşdır. Mühafizə və dövlət orqanlarında işləməyin müxtəlif yaş dərəcələri müəyyən edilib. Yerdə qalan hallarda yaş senzi qanunsuzdur, qadağandır, ayrı-seçicilik sayılır”. 

İqtisadçı ekspert Akif Nəsirli isə bildirib ki, əməkçi əhalinin cins tərkibində kişilər daha üstünlük təşkil edir:

“Ölkədə birmənalı olaraq, işçi kimi kişiyə daha çox tələbat var. Amma bəzi xidmət sahələrində, təhsil və səhiyyədə qadınların rolu daha çox nəzərə çarpır. Ancaq bu sahələr ümumi işçi qüvvəsinin yalnız 15-20 faizini təşkil edir. Digər sahələrin hamısında kişilər üstünlük təşkil edir.

Məsələn, xüsusilə sənaye, kənd təsərrüfatı və digər sektorlar əsasən kişilərin üstünlük təşkil etdiyi sahələrdir. Kişilər qadınlara nisbətən daha asan iş tapa bilir. Xidmət sektorunda qadınlara olan tələbat daha çoxdur, məsələn, restoran biznesi və gözəllik sahəsi kimi sektorlar qadın işçilərə üstünlük verir. Lakin bu sahələr əmək bazarında ümumi xüsusi çəki baxımından kifayət qədər kiçikdir”. 

Bununla yanaşı, Azərbaycanda mövcud mentalitet də qadınların iş həyatına təsir göstərir: 

“Ölkədə evli qadınların təxminən 70-80 faizi işləmir. Bu da ailənin strukturundan, insanların xarakterindən, millətin mentalitetindən asılıdır. Ümumiyyətlə, Azərbaycanda iş yerlərində qadınlara dünya üçün qeyri-ənənəvi olan bir münasibət var. Yaş məhdudiyyəti də bununla bağlıdır.

Məsələn, 40-45 yaşı keçəndən sonra xanımlar iş tapmaqda çətinlik çəkirlər. Həmin xidmət sahələrində ən azı başqa fikirlər olmasa, sahibkarlar daha gənc xanımların xidmət təklif etməsini istəyirlər ki, müştəriləri daha çox cəlb olunsun. Bunların biznesə müəyyən təsiri olur. Bu baxımdan, özəl sektorda 40-45 yaşdan yuxarı xanımlar iş tapmaqda çətinlik çəkirlər”. 

Ekspert qeyd edib ki, Azərbaycanda bazar iqtisadiyyatı modeli şikəstdir, ona görə də bütün sahələrdə ciddi problemlər yaranır:

“Qanunda yaş məhdudiyyəti 65 yaşdır. Azərbaycan hökuməti hesab edir ki, 18 yaşından 65 yaşına qədər insanların məhsuldar işləməsi dönəmidir. Amma çox təəssüf ki, ölkəmizdə elə 65 yaşdan sonra da işləməyə ehtiyac duyulur. Birincisi, insanlar pensiyaya çıxmaq istəmir. Ona görə çıxmaq istəmirlər ki, pensiya təminatı özlərini dolandıracaq səviyyədə deyil. İkincisi isə dünya ölkələrində işi olan insanlar pul qayğısı, pul dərdi çəkmirlər.

“İşim varsa, deməli, pulum da var” düşüncəsi hakim olur. Maraqlısı odur ki, Azərbaycanda işləyənlər də pul axtarır, işsizlər də. Qazanc heç kimə çatmır. Bu da əsasən onunla bağlıdır ki, ölkədə əmək bölgüsü, iqtisadiyyatın nizam tərəzisi düngün qurulmayıb. Qadınların iş tapmasının iş yerlərinin məhdudluğundan qaynaqlanır. Yəni ölkədə əmək bazarı formalaşmayıb. Əslində bazar iqtisadiyyatı öz gücü ilə işləsə, geniş bir əmək bazarı formalaşar. Amma bizdə beş işçi var, bir yer. Artıq əməkçi işi seçmir, sahibkar əməkçini seçir, problem budur.

Dövlət büdcəsi hesabına nə qədər iş yerləri artırılsa da, bu, işsizliyin aradan qaldırılmasınaşərait yaranmayacaq. İşsizliyin aradan qaldırılmasının nəzəri və ənənəvi yolu ondan ibarətdir ki, biznesin inkişafına şərait yaratmaq, onun qarşısındakı bütün maneələri aradan qaldırmaq lazımdır. Dövlət büdcəsi hesabına sosial işçi ştatları açmaq, dövlət şirkətlərində“ölü canlar”yaratmqla iş yerlərini artırmaq olmaz”. 

O bildirib ki, iş yerlərini çoxalmağın yolu inhisarçılığı aradan qaldırmaqdan keçir:“Mülkiyyətə zəmanət verməliyik. Qanunda rəsmi zəmanət var, amma söhbət real zəmanətdən gedir. Bu iki məqam vacibdir”. 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Mart 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see406

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see142

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see141

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see139

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see137

SINAM və Abyss “Abyss Hackathon 2025” üçün qeydiyyatı açdı 72 saatlıq qlobal onlayn yarış

22 Sentyabr 2025 15:07see131

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see130

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see130

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see129

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see128

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see128

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see127

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see125

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Pensiya alanların nəzərinə!

22 Sentyabr 2025 15:00see121

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see120

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see120

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri