Azərbaycanda işçisini aldadan müdir elektron qolbaqda gəzəcək
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1979-cu ildə Astara rayonunun Pensər kəndində anadan olmuş təqsirləndirilən M.N. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə dələduzluqda təqsirli bilinib.
Məhkəmə materiallarına əsasən, M.N. 2009–2021-ci illərdə Şirvan Ticarət Mərkəzində yeməkxana icarədarı işləyib. Zərərçəkmiş L.F. də həmin yeməkxanada aşpaz kimi çalışıb.
2019-cu ildə M.N. L.F.-yə tanışının ikiotaqlı mənzilini 20 min manata satmaq istədiyini deyib. Mənzili almaq istəyən L.F. pulu hissə-hissə ödəməyə razılaşıb və vəsaiti mənzilin sahibinə çatdırması üçün M.N.-yə verib. Lakin təqsirləndirilən şəxs aldığı pulun böyük hissəsini mənzilin sahibinə çatdırmayaraq şəxsi ehtiyaclarına xərcləyib.
Məhkəmə sənədlərində qeyd olunub ki, L.F. mənzilin sənədləşdirilməsi üçün də M.N.-yə 4 min 500 manat verib. 2023-cü ildə mənzilin sahibi ilə əlaqə saxlayan zərərçəkmişə məlum olub ki, mənzil üçün ödədiyi 17 min manatın böyük hissəsi qarşı tərəfə çatmayıb. Nəticədə L.F. mənzili öz adına rəsmiləşdirmək üçün həmin məbləği yenidən ödəməli olub. O, pulu toplamaq məqsədilə bacısının və qardaşının adına bank kreditləri götürüb.
M.N. ifadəsində L.F.-nin ona hissə-hissə verdiyi 17 min manatı şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib.
Sonradan dəymiş ziyan tam ödənilib, tərəflər barışıb və L.F. təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmə M.N.-nin əvvəllər məhkum olunmamasını, əməlini etiraf etməsini, peşmanlığını, zərərçəkmişlə barışmasını və ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Şirvan məhkəməsinin hökmü ilə M.N.-yə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Həbsdə saxlanıldığı 6 gün nəzərə alındıqdan sonra cəzasının qəti müddəti 1 il 11 ay 18 gün müəyyən edilib.
Hökmə əsasən, M.N. Şirvan şəhərinin ərazi hüdudlarını tərk edə bilməz, hər gün saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerində olmalı və elektron nəzarət vasitəsi gəzdirməlidir. O, həmçinin məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişə bilməz.
Qeyd edək ki, məhkəmə ziyanın 25 faizi həcmində olan 4 min 250 manatın dövlət büdcəsinə ödənilməməsini nəzərə alaraq M.N.-nin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 19 Oktyabr 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















