Azərbaycanda “Israel Aerospace Industries”in dəstəyi ilə Mükəmməllik Mərkəzi təsis ediləcək
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə İsrailin “Israel Aerospace Industries” korporasiyası arasında ölkədə innovasiya sahəsində iqtisadi, sənaye, elmi və texnoloji əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
"Report” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatında deyilir.
Memorandum çərçivəsində Azərbaycanda innovasiyaların inkişafına dəstək məqsədilə Mükəmməllik Mərkəzinin yaradılması, təlim proqramlarının həyata keçirilməsi və insan kapitalının inkişaf etdirilməsi nəzərdə tutulur. Saziş həmçinin qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsini və tətbiqini təşviq edəcək.
Əməkdaşlıq çərçivəsində iki ölkə arasında təcrübə mübadiləsini gücləndirmək məqsədilə birgə tədbirlər, seminarlar, forumlar və təlim proqramlarının təşkil olunması planlaşdırılır.
Bu təşəbbüslərin Azərbaycan və İsrail arasında innovasiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələsini formalaşdıracağı vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 24 Yanvar 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















