Icma.az
close
up
RU
Azərbaycanda kafelər 9 da bağlanacaq? KONKRET

Azərbaycanda kafelər 9 da bağlanacaq? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Misir Yaxın Şərqdəki müharibə səbəbindən elektrik enerjisinə qənaət etməyə başlayıb. Mağazalar və kafelər daha tez bağlanacaq, ticarət mərkəzləri, restoranlar və mağazalar həftənin beş günü saat 21:00-da, həftəsonları isə saat 22:00-da bağlanmalıdır. Enerjiyə qənaət tədbirləri reklam lövhələrinin işıqlarının söndürülməsi, küçə işıqlandırmasının minimuma endirilməsi və bir çox dövlət qurumlarının saat 18:00-da bağlanmasını əhatə edir. Hakimiyyət həm dövlət, həm də özəl sektorda həftədə bir-iki gün məsafədən işləməyi düşünür. Bu tədbirlər ABŞ və İsrailin İranla müharibəsi fonunda qlobal yanacaq qiymətlərinin kəskin artması ilə əlaqədardır.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, işığa və suya qənaət yalnız fövqəladə hallarla məhdudlaşmamalıdır:

“İnsanlar bütün hallarda bu məsələyə diqqət yetirməli, bu nemətlərin dəyərini və qiymətini düzgün qiymətləndirməlidirlər. Bu resurslar bizə bəxş olunmuş dəyərlərdir və onlardan səmərəli və düzgün istifadə etmək hər kəsin məsuliyyətidir. Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur. Bu isə resurslardan qeyri-effektiv istifadə ilə nəticələnir. Misirdə tətbiq edilən enerji qənaəti tədbirlərinin arxasında isə ciddi səbəblər dayanır. Misir həm əhali sayına görə böyük dövlətdir, həm də qlobal iqtisadi proseslərdən birbaşa təsirlənir. Xüsusilə neft qiymətlərinin artması xərclərin yüksəlməsinə səbəb olur və bu da qənaət tədbirlərini zəruri edir”.

O deyib ki, yaxın dövrdə enerji daşıyıcılarının qiymətlərində artım davam edə bilər:

“Bu səbəbdən belə addımların atılması günün tələbi kimi qiymətləndirilir. Bu proseslər mütləq şəkildə düşünülmüş, təhlil edilmiş və planlı şəkildə həyata keçirilməlidir ki, real nəticə əldə olunsun. Əks halda, görülən tədbirlər istənilən effekti verməyəcək. Azərbaycana gəldikdə isə, hazırda belə ciddi bir zərurət və ya təhlükə mövcud deyil. Çünki Azərbaycan neft ixrac edən ölkədir və enerji resursları baxımından təminatlıdır. Lakin buna baxmayaraq, insanlar gündəlik həyatlarında suya, elektrik enerjisinə və digər resurslara qənaətlə yanaşmalı, israfçılıqdan çəkinməlidirlər. Bu, həm iqtisadi, həm də sosial baxımdan daha düzgün və məsuliyyətli davranış hesab olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Aprel 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri