Icma.az
close
up
RU
Azərbaycanda kasetli silahların yaratdığı təhlükələr araşdırılıb

Azərbaycanda kasetli silahların yaratdığı təhlükələr araşdırılıb

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin icra etdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində Dəyirmi Masa tədbiri təşkil edilib.

QHT.az xəbər verir ki, Azərbaycanda kasetli sursatlar probleminin miqyası və zərərçəkənlərin vəziyyətinin müzakirəsi məqsədilə təşkil olunan tədbirdə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” (MƏAK İB) ictimai birliyinin sədri Hafiz Səfixanov ölkə ərazisində kasetli sursatlarla bağlı aparılan təhqiqatın nəticələrini açıqlayıb. Onun sözlərinə görə, 1992–2025-ci illəri əhatə edən layihə işğaldan azad olunmuş bütün ərazilərdə (Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa, Xocavənd, Xocalı, Ağdam, Kəlbəcər, Ağdərə, Xankəndi), keçmiş cəbhə xəttinə yaxın olan rayonlarda, həmçinin Mingəçevir, Yevlax, Bərdə və Ermənistanla sərhədyanı bölgələrdə həyata keçirilib:

"Layihə çərçivəsində kasetli silahlarla çirklənmiş ərazilərin monitorinqi aparılıb, zərərçəkənlərin müəyyənləşdirilməsi, infrastruktur layihələrinə təsirləri, eləcə də ANAMA və müvafiq qurumlarla əməkdaşlıq nəticəsində faktların toplanması təmin olunub. 56 gün ərzində aparılan çöl monitorinqlərinin nəticələri əsasında Azərbaycan və ingilis dillərində hesabat hazırlanıb".

Ermənistanın kasetli raket hücumları

H.Səfixanov bildirib ki, Ermənistan ordusu 2020-ci il Vətən müharibəsi zamanı Bərdə və digər yaşayış məntəqələrinə kasetli raketlərlə hücumlar edib. Hücumlar zamanı yüzlərlə ev, nəqliyyat vasitələri və obyektlərə ciddi ziyan dəyib.

Qurbanlar və statistika

1992–2025-ci illərdə aparılan araşdırmalar nəticəsində 233 mülki şəxs kasetli silah qurbanı kimi qeydə alınıb:

51 nəfər (8-i uşaq, 13-ü qadın) həlak olub,

182 nəfər (34-ü uşaq, 47-si qadın) müxtəlif dərəcəli xəsarət alıb.

Bundan başqa, 21 hərbçi də kasetli silah qurbanı olub (2-si həlak olub, 19-u yaralanıb). Ən kiçik qurban 5 yaşlı uşaq, ən yaşlısı isə 78 yaşlı şəxsdir.

Zərərçəkənlərin əksəriyyəti ağır yaralarla yanaşı psixoloji travma, depressiya və posttravmatik stress pozuntularından əziyyət çəkir. Əlavə olaraq, mülki qurbanların çoxu əlillik dərəcəsi ala bilmədiyi üçün sosial müdafiə imkanlarından məhrum qalıb.

Beynəlxalq təsdiqlər

“Human Rights Watch”, Amnesty International və digər təşkilatlar da Ermənistanın kasetli silahlarla hücumlarını sənədləşdirib. Ekspertlərin hesablamalarına görə, Azərbaycanda təxminən 80 km² ərazi kasetli sursatlarla çirklənmiş ola bilər.

Sosial-iqtisadi təsirlər

Hafiz Səfixanov bildirib ki, kasetli sursatlar nəticəsində fərdi evlər, nəqliyyat vasitələri, Mingəçevir İstilik Elektrik Stansiyası, hətta Bakı–Tbilisi–Ceyhan neft kəmərinin keçdiyi ərazi belə zərər görüb. Bu isə həm insan həyatına, həm də ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinə ciddi təhdid yaradıb. Qurbanların tibbi, psixoloji və sosial reabilitasiyaya, peşə hazırlığına və məşğulluq imkanlarına böyük ehtiyacı var. Layihənin həyata keçirilməsinə dəstək verən Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyə təşəkkürünü bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Sentyabr 2025 06:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri