Azərbaycanda keçiriləcək Dünya Kubokunda iştirak edəcək ölkələr bəlli olub AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvar ayında “Şahdağ” Turizm Mərkəzində keçiriləcək xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr bəlli olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib. Onun sözlərinə görə, beynəlxalq yarışda Azərbaycan daxil olmaqla 25 ölkə iştirak edəcək.
Bunlar Türkiyə, Avstriya, Avstraliya, Andorra, Bolqarıstan, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, İran, İspaniya, Fransa, Çin, Kanada, Çexiya, Norveç, Niderland, Polşa, ABŞ, Sloveniya, İsveçrə, Qazaxıstan, Slovakiya və Qətərdir.
Dünya Kubokunda sprint ( 10 yanvar), vertikal (11 yanvar) və individual (13 yanvar) növlərdə yarışlar keçiriləcək.
Qeyd edək ki, Dünya Kuboku yanvarın 10-13-də təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 06 Yanvar 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















