Icma.az
close
up
RU
Azərbaycanda kərə yağı 22 manata satılır camaat yenidən marqarinə keçir

Azərbaycanda kərə yağı 22 manata satılır camaat yenidən marqarinə keçir

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kərə yağının kəskin bahalaşması son günlər ən çox müzakirə olunan məsələlərdən biridir. Bu bahalaşmaya deputatlar, iqtisadçılar, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi də daxil olmaqla bir çoxları münasibət bildiriblər. Bəziləri kərə yağının bahalaşmasına görə hansısa inhisarçıları günahlandırıb.Lakin Dövlət Gömrük Komitəsi ölkəyə kərə yağının idxalında inhisarın olmadığını açıqlayıb və bahalaşmanın dünya bazarında kərə yağının qiymətinin kəskin artması ilə izah edib. Vergilər Nazirliyi də bahalaşmanın idxalçıların vergi yükünün artması ilə bağlı olduğunu təsdiq etmir. Həqiqətən kərə yağı təkcə Azərbaycanda deyil, bir çox digər qonşu ölkələrdə də kəskin bahalaşıb. Ölkəyə yağ gətirən şirkətlər də qiymətlərin artmasını dünya bazarındakı vəziyyətlə əsaslandırıblar və növbəti bahalaşmanın anonsunu veriblər.Bəs bahalaşma əhalinin kərə yağı ilə əlaqəli alıcılıq qabiliyyətinə təsir edibmi? Virtualaz.org saytının Bakının bir sıra ərzaq mağazalarda apardığı müşahidələr göstərir ki, qiymət artımı təkcə alıcıların deyil, satıcıların da narazılığına səbəb olub. Çünki bahalaşmadan qəzəblənən alıcılar hirslərini satıcıların üstünə tökürlər. Satıcılar deyir ki, çoxları kərə yağını marqarinlə əvəzləyib. Bahalaşma əsasən əhalinin aztəminatlı hissəsinin büdcəsinə zərbə vurub.“Nisyə dəftərində yer qalmayıb”“Gəlib yalvarırlar ki, yağı, çayı, qəndi nisyə verim. Etiraz edə bilmirəm, məhəllədir, hamı ilə üz-üzə gəlirəm”, -Xətai rayonu, Məhəmməd Hadi 63-dəki mağazanın sahibi Məhsəti Mərdanova deyir.Onun sözlərinə görə, yaxınlıqda bir neçə iri ticarət mərkəzi var, amma nisyə mal istəyənlər bu mağazaya üz tuturlar: “Səhər yaşlı qadın gəlmişdi, xəmirə qatmaq üçün yağ almaq istəyirdi. Cibində cəmi 60 qəpiyi vardı, xahiş etdi ki, pensiyasını alana qədər gözləyim. Əlləri əsirdi, hiss olunurdu ki, xəcalət çəkir. Belələrinə yox demək asan deyil”. Məhsəti əlavə edir ki, nisyə dəftərində yer qalmayıb, əksəriyyət yağı, çayı, qəndi nisyə alır: “Kərə yağının əvəzinə “Möcüzə” yağı istəyirlər. “Möcüzə” yağları kərə ətrini verir. Bir də “Ana bala” yağı yaxşı satılır, reklamda deyirlər ki, əridilmiş kərə yağıdır”. “Kərə yağının dadını unutmuşam”Metronun “Xətai” stansiyasının yaxınlığında, yeni çoxmərtəbəli binaların arasında bir neçə market fəaliyyət göstərir. Satışda 17 manatdan 22 manatadək kərə yağları var. Amma satıcılar “Tulçinka”, “Selyanka”, “Derevyanskaya” yağlarının çox satıldığını bildirilər. “Tulçinka”nın 500 qramı 2,35 qəpik, “Selyanka” 500 qram 2,35 qəpikdir. “Rusiya istehsallı marqarin yağlarına təlabat son vaxtlar artıb. Çoxları elə bilir ki, yağ xaricdən gəlibsə, deməli kərə yağı qədər keyfiyyətlidir”, -satıcılardan biri deyir.Digər satıcı isə söyləyir ki, aylıq məvacibi 350 manatdır, özü satdığı “President” və “Anchor” yağlarının dadını unudub. “President” yağının 1 kiloqramı 20 manata, “Anchor”un 1 kiloqramı 17 manat 50 qəpikdir.“Qarğış tökürlər, söyürlər…”Nərimanov rayonunda, Ağa Nemətulla küçəsindəki “Anar” marketin sahibi Pərviz deyir ki, bahalaşmadan sonra hər gün söyüş, qarğış eşidir: “Min dəfə deyirik ki, qiymətləri biz artırmırıq, topdansatış məntəqəsində aldığımız malın üzərinə 50 qəpik-1 manat qoyub satırıq. Yaxud da firmalar mal gətirir. Bir də görürsən yaşlı biri deyinir, satıcıları acılayırlar. Satıcılara da demişəm ki, çalışın yola verin, indi hamı əsəbi olub. Baxırsan ki, neçə ilin müəllimidir, evinə əlidolu gedə bilmir. Yağ alanda ətə, ət alanda çaya pulu çatmır”.Pərviz söyləyir ki, gün ərzində müxtəlif xasiyyətdə insanlarla rastlaşır, bəzən gördüyü mənzərənin qarşısında sarsılır. “Ötən həftə kameraları izləyirdik, yanında balaca oğlu olan qadın vitrindən şokolad götürüb sinəsində gizlətdi, sonra qaytarıb yerinə qoydu. Bir neçə dəfə tərəddüd etdi, aldı, yerinə qoydu. Sonra şokoladı götürüb tələsik mağazadan çıxdı. Satıcı dedi ki, uşaq şokolad üçün ağlayırdı, yəqin pulu olmadığından ala bilməyib. Mən neçə vaxtdır mazağa işlədirəm, oğrunu hərəkətlərindən tanıyıram”, -mağaza sahibi hadisəni təsəvvür etdikcə qadına kömək göstərə bilmədiyi üçün təəssüflənir.“Nehrə yağı alın, ucuz və keyfiyyətlidir”Alıcı Gündüz Ömərov isə deyir ki, 17 ildir sürücülüklə dolanır. Son illər müxtəlif taksi firmaları fəaliyyətə başlayandan sonra qazancı azalıb. Ayda 500-600 manat qazancı olur, amma 5 nəfərlik ailənin yükü onun öhtəsindədir.“Mən də uşaqlara keyfiyyətli ərzaq almaq istəyirəm, ali təhsilim yoxdur, amma yaxşını pisdən ayıra bilirəm. Duru yağda bişən yeməyin dadı fərqli olur, nehrə yağı alıram ki, heç olmasa uşaqların mədəsi xəstə olmasın”.-Ömərov əlavə edir.Xatırladaq ki, hazırda parakəndə satışda Yeni Zenlandiya yağının qiyməti 17 manat 40 qəpikdən başlayır. Fransadan gətirilən “French Cow” yağı 21 manat, “Best Cow ” markalı yağ isə 18 manatdır.BAKU.WS
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Aprel 2025 05:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see290

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see240

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see205

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see185

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see160

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see155

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri