Icma.az
close
up
RU
Azərbaycanda kimlər işdən çıxarıla bilməz?

Azərbaycanda kimlər işdən çıxarıla bilməz?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çox zaman bəzi şəxslərin pensiya yaşına 1-2 il qalmış işdən azad olunması hallarına rast gəlirik. 

Adətən bu zaman səbəb kimi ixtisar göstərilir. Belə hallarda isə vətəndaşlar əmək fəaliyyətini məcburi şəkildə dayandırmalı olur və daha sonra iş tapmaqda çətinlik çəkirlər. 

Bundan başqa, Azərbaycanın Əmək Məcəlləsi bəzi vətəndaş kateqoriyalarının işdən çıxarılmasını ya tam qadağan edir, ya da yalnız sonuncu növbədə mümkün sayır. Bu işçilərin hüquqları xüsusi qanunlarla qorunur. 

Əmək Məcəlləsinə görə, kimlər işdən çıxarıla bilməz və ya ən son kimlər işdən çıxarıla bilər? 

Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, qanunvericiliyimizdə belə bir məhdudiyyət yoxdur və olmasının da tərəfdarı deyil: 

“Bu məsələnin konkret mexanizmi yoxdur. Məsələn, Rusiya Federasiyası belə bir qanun qəbul etmişdi ki, pensiya ərəfəsində olan işçilərin işdən azad olunması məhdudlaşdırılsın. Amma həmin mexanizm işləmədi. 

Əgər şəxs yaxşı işçidirsə, işəgötürən onu pensiya yaşına qədər niyə işdən çıxarsın ki? Belə bir tənzimləmə yoxdur. Digər tərəfdən, elə hallar olur ki, məsələn, işçi işə gəlmir, spirtli içki qəbul edir, əmək intizamını pozur, verilən tapşırıqları yerinə yetirmirsə, işəgötürüən niyə onu işdən çıxarda bilməsin ki? 

Belə vəziyyətdə işəgötürənin onu işdən çıxarma hüququ əlindən alına bilməz. Yəni belə məhdudiyyət qoyulduqda, bəzi işçilər sui-istifadəyə yol verir, işə gəlmir, deyirlər ki, onsuz da məni işdən çıxara bilməyəcək. 

Ona görə də belə bir qanun yoxdur və belə bir qanunun qəbul olunması da məqsədəuyğun deyil, çünki işlək mexanizm yoxdur. İşəgötürən də çalışmalıdır ki, şəxs pensiya ərəfəsində olanda işdən çıxarılmasın. Dövlət orqanlarında da bu məsələyə müəyyən qədər həssas yanaşılır, ən azı 65 yaşa qədər işçiyə toxunulmur. Amma ümumilikdə qanunvericiliyimizdə belə bir məhdudiyyət yoxdur”. 

Sahib Məmmədov qeyd edib ki, Əmək Məcəlləsində müəyyən kateqoriyadan olan şəxslərin əmək müqaviləsinə xitam vermək qadağandır: 

“Məsələn, Əmək Məcəlləsində hamilə qadınların işdən azad olunması qadağan edilib. Amma pensiya yaşına az qalmış şəxslərin də bu siyahıya əlavə olunması məncə effektiv olmayacaq. Çünki işçi əmək intizamını pozursa, işçilərin sağlamlığına təhlükə yaratdırsa, işəgötürənin istənilən vaxt onu işdən çıxartmaq hüququ olmalıdır. 

Bu hüququn məhdudlaşdırılması əmək hüququ baxımından düzgün deyil. Yenə deyirəm, Rusiya bu təcrübəni sınaqdan keçirdi, amma nəticə vermədi. Azərbaycan Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, bəzi hallarda işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 

Buraya hamilə, habelə üç yaşınadək uşağı olan qadınlar, həmçinin, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər, yeganə qazanc yeri işlədiyi müəssisə olan və məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilər, şəkərli diabet və ya dağınıq skleroz xəstəliyindən əziyyət çəkənlər, həmkarlar ittifaqı təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması səbəbi, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81–100 faiz pozulması ilə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilər daxildir. Habelə işçi məzuniyyətdə, ezamiyyətdə və ya kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində də belə qərar verilə bilməz”. 

Əmək qanunvericiliyi üzrə ekspert vurğulayıb ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir:

“Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi (əmək müqaviləsinin müddətinin başa çatması) və 73-cü maddəsi (işçi tərəfindən əmək müqaviləsinə xitam verilməsi) halları bu qadağalara şamil edilmir.

Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Sahib Məmmədov iş azad olma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:373
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyul 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri