Azərbaycanda kişi icazəsiz toya gedən arvadını vəhşicəsinə döydü
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeronda ər arvadını döyüb.
Lent.az xəbər verir ki, hadisə Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.
42 yaşlı Əmiraslan Şiriyev (ad və soyad şərtidir) yaşadıqları evdə arvadını yumruq və təpik zərbələri ilə vuraraq, xəsarət yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.
İttiham aktına görə, Əmiraslanın həyat yoldaşı ona demədən qohumlarından birinin toyuna gedib. Toydan qayıdandan sonra Əmiraslan arvadına ondan icazəsiz toya getdiyi üçün irad bildirib. Qadın da etiraz edərək, kobud cavab verib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı kişi qadının sifət, baş, bel və s. nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq, müxtəlif xəsarətlər yetirib.
Zərərçəkən qadın ifadəsində əri ilə barışdığını və qərar verilərkən bunun nəzərə alınmasını xahiş edib.
Abşeron rayon Məhkəməsinin qərarı ilə Əmiraslan Şiriyev barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















