Icma.az
close
up
RU
Azərbaycanda kişilər arasında cinsi zəiflik halları ARTIB SƏBƏBLƏR

Azərbaycanda kişilər arasında cinsi zəiflik halları ARTIB SƏBƏBLƏR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər kişilər arasında cinsi zəifliyin artması səhiyyə sahəsində aparılan müzakirələrdə xüsusi yer tutur. Avropa Cinsi Sağlamlıq Araşdırmaları Təşkilatının məlumatına görə, son dövrlər 1990-cı illərlə müqayisədə cinsi zəiflik halları 20%-dən çox artıb. Bu artım stress, qeyri-sağlam həyat tərzi və ətraf mühitin təsirləri ilə əlaqələndirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci il hesabatına görə, dünyada 40 yaşdan yuxarı kişilərin təxminən 15%-ində erektil disfunksiya müşahidə edilir. Bu rəqəm 70 yaşdan yuxarı kişilər arasında 50%-dən çoxdur.

Azərbaycanda cinsi zəiflik barədə dəqiq statistik məlumatlar olmasa da, yerli androloqlar və uroloqlar problemin artdığını bildirirlər.

Mövzu ilə bağlı Modern.az-a danışan androloq Dr. Timurçin Məhərrəmbəyli bildirib ki, cinsi zəiflik, cinsi fəaliyyət aktının az olması, erkən boşalma qlobal mövzudur. O qeyd edib ki, sözügedən problem ölkəmizdə də geniş yayılıb.

"Bizə müraciət edən xəstələrin sayı gündən-günə artmağa davam edir. Cinsi zəifliyin ən başlıca faktorları təbii ki, psixoloji gərginlik, stress kimi vəziyyətlərdir. Bunlardan əlavə bu şikayətlə gələn pasiyentlərin əksəriyyətində aktiv olaraq tütün məmulatlarından və alkoqollu və energetik içkilərdən istifadə müşahidə olunur. Digər səbəblərdən biri də ən çox gənc nəsil arasında yayılan cinsi infeksiyalardır. Bu səbəblərin hamısı cinsi zəifliyə, erkən boşalmaya təsir edən ən böyük faktorlardır”.

Onun sözlərinə görə, bu problemləri aradan qaldırmağın müxtəlif yolları mövcuddur:

“Ən başlıca iş və şəxsi həyatda mütləq dəyişikliklərə getmək lazımdır. Stressdən uzaq durmaq, normal qidalanmaq, yuxu rejimini qaydaya salmaq lazımdır. Tütün məlumatlardan və alkoqollu və energetik içkilərdən istifadə minimuma endirilməlidir. Bunlarla yanaşı cinsi infeksiyaların yoxlanılması, üçün rutin yoxlamalar olmalıdır. Həkim müayinəsindən sonra xəstəyə uyğun olaraq dərman müalicəsi, pəhriz və bəzi idman hərəkətləri məsləhət görülür”.

Müsahibimiz qeyd edib ki, burada idman dedikdə yalnız idman zalına getmək nəzərdə tutulmur:

“Eyni zamanda gündəlik yürüşlər, gecə yürüşləri edilməlidir. Gündəlik həyatda aktiv hərəkətin təbii ki, cinsi zəifliyin və erkən boşalmanın müalicəsində böyük rolu var. Tək bunlara əməl etməklə problem aradan qalxmır, əlavə olaraq dərman müalicəsinin edilməsi də məsləhət görülür. Əsas problemi aradan qaldırmaq üçün isə səbəbi aradan qaldırmaq lazımdır.Fərdə görə səbəblər dəyişir. Biz hətta cavan şəxslərdə bu problemlərə rast gəlirik. Pasiyentin 18-20 yaşı var, cinsi fəaliyyətə yeni başlayır amma bu problemi yaşayır. Araşdıranda görünür ki, şəxs daimi olaraq tütün məmulatlarından istifadə edir, iş rejimi gərgindir, yuxusuz qalır, yaxud da idmanla məşğul olmur. Bunlar hamısı bu problemə təsir edən faktorlardır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Noyabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see408

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see212

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see147

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see147

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see144

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see123

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see123

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see122

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri