Icma.az
close
up
RU
Azərbaycanda maaş hesablama sistemi köklü şəkildə dəyişir AÇIQLAMA

Azərbaycanda maaş hesablama sistemi köklü şəkildə dəyişir AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda minimum saatlıq əməkhaqqının tətbiqi ilə bağlı müzakirələr yenidən aktuallaşıb. 2026-2028-ci illər üzrə Baş Kollektiv Sazişdə bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsi və minimum əməkhaqqının mərhələli şəkildə artırılması nəzərdə tutulur. Bildirilir ki, məqsəd əməkhaqqı sisteminin daha çevik və beynəlxalq standartlara uyğun formalaşdırılmasıdır. Bəs minimum saatlıq əməkhaqqının tətbiqi əmək bazarında hansı dəyişikliklərə səbəb ola bilər?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ölkədə minimum əmək haqqının saatlıq əsasda hesablanmasına keçid cari dövrdə bazar iqtisadiyyatı şəraitinin tələblərinə uyğun addım kimi qiymətləndirilir:
“Əvvəllər bu sistem daha çox aylıq və tam ştatda çalışan işçilər üçün nəzərdə tutulurdu və klassik əmək münasibətləri çərçivəsində tətbiq edilirdi. Lakin müasir əmək bazarında vəziyyət daha fərqlidir. “Freelancer”lər, yarımştat işləyənlər, həmçinin həftəlik və aylıq iş saatları dəyişkən olan əmək münasibətləri geniş yayılıb. Bu da əmək münasibətlərinin daha çevik və rəngarəng xarakter almasına səbəb olub. Bu şəraitdə yalnız aylıq minimum əmək haqqı sistemi bütün sahələrdə effektiv nəzarət mexanizmi yaratmır və bəzi hallarda suallar və anlaşılmazlıqlar doğurur. Saatlıq minimum əmək haqqı isə işçinin real işlədiyi vaxtın daha dəqiq uçotunu aparmağa, eyni zamanda əmək hüquqlarının daha çevik və ədalətli qorunmasına imkan yaradır. Əslində, minimum əmək haqqı dövlət tərəfindən müəyyən edilən sosial standartdır və işəgötürənlər üçün məcburi hüquqi çərçivə formalaşdırır. Qanunvericiliyə əsasən, heç bir müəssisə işçiyə bu məbləğdən aşağı əmək haqqı ödəyə bilməz. Bu norma həm Əmək Müfəttişliyi, həm də vergi orqanları tərəfindən nəzarət olunur”.
O deyib ki, saatlıq minimum əmək haqqına keçid nəzarət mexanizmlərini daha şəffaf edir:
“Müxtəlif iş qrafikləri ilə çalışan şəxslərin hüquqlarının daha düzgün qorunmasına şərait yaradır. Xüsusilə tam iş günü işləməyən şəxslər üçün bu yanaşma daha ədalətli hesab olunur.Eyni zamanda bu dəyişiklik mövcud əmək haqlarının avtomatik artması və ya minimum əmək haqqının yüksəlməsi demək deyil. Bu, daha çox hesablamaların və nəzarət sisteminin yeni reallığa uyğunlaşdırılmasıdır. 2025-ci ildən etibarən minimum əmək haqqının artırılaraq 340 manatdan 400 manata çatdırılması da bu sistemin tətbiqi üçün əsas baza kimi çıxış edir. Yeni yanaşma əmək münasibətlərində həm işçi hüquqlarının qorunmasına, həm də dövlət nəzarətinin daha səmərəli təşkilinə xidmət edir”.
Qısası, Azərbaycanda saatlıq minimum əməkhaqqı sisteminə keçid qeyri-tam iş günündə və fərqli qrafiklərlə çalışan insanların əməyinin daha ədalətli qiymətləndirilməsinə və qeydiyyatın düzgün aparılmasına kömək edəcək.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 May 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri