Icma.az
close
up
RU
Azərbaycanda maşın sürmək üçün etibarnamə ləğv olunur? RƏSMİ CAVAB

Azərbaycanda maşın sürmək üçün etibarnamə ləğv olunur? RƏSMİ CAVAB

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda başqasına məxsus olan avtomobili idarə etmək üçün etibarnamə tələb olunur. Lakin dünya ölkələrində bu təcrübənin hələ illər öncə ləğv edildiyini görə bilirik. Xüsusən BMT-yə üzv olan 193 ölkədən yalnız biri – Azərbaycanda bu sistem hələ də mövcuddur. 

Bəs görəsən, ölkədə etibarnamə sisteminin ləğv olunması məsələsinə baxılmalıdırmı? Hələ də etibarnaməyə gərək varmı?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Lent.az-a açıqlamasında bildirib ki, fiziki şəxslərə verilən etibarnamələrin aradan qaldırılması lazımdır:

“Azərbaycanda hazırda “car sharing” deyilən sistem mövcuddur. Sifarişçi onlayn qaydada avtomobil sifariş edərək, dayanacaqdan götürüb sürür və işi bitdikdə digər dayanacaqda təhvil verir. Burada hər hansısa yazılı etibarnaməyə ehtiyac duyulmur.

Hüquqi şəxslər üçün verilən etibarnamələrin (şirkətlərin vətəndaşlara yaxud əməkdaşlara avtomobil verməsi) saxlanılması mütləqdir. Lakin fikrimcə, “car sharing” sistemi mövcud olduğu üçün fiziki şəxslərə verilən etibarnamələrin aradan qaldırılması lazımdır”,-deyə E.Cəfərov fikrini yekunlaşdırıb.

Dövlət Yol Polisindən Lent.az-a bildirildi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, etibarnaməsiz avtomobil idarə etməyin 40 manat məbləğində cəriməsi var:

“Lakin etibarnamənin dayandırılıb, dayandırılmaması məsələsi bilavasitə qanunun tələblərindən asılı olduğu üçün hazırda prosesin ləğvi nəzərdə tutulmayıb”.

Qanunvericilikdə bununla bağlı hər hansısa yenilik olduqda, məsələyə yenidən qayıdacağıq.

Qeyd edək ki, avtomobilin idarə edilməsi üçün tələb olunan etibarnamənin ləğv olunduğu ölkələrdə yalnız üç sənəd, ürücülük vəsiqəsi, avtomobilin qeydiyyat sənədi və sığorta şəhadətnaməsi tələb olunur.

Etibarnaməsiz sistemdən sonra notariat mərhələlərinin aradan qalxması ilə korrupsiya riski minimuma enib, vətəndaşlar artıq əlavə sənəd hazırlamaq məcburiyyətindən azad olunublar. Ailə üzvləri və dostlar arasında avtomobilin sərbəst istifadəsinə şərait yaranıb.

Eyni zamanda, bu sistemin ləğvindən sonra notariat və rüsum xərcləri aradan qalxıb, sığorta sistemi şəffaflaşıb, risklər faktiki sürücüyə görə hesablanmağa başlayıb. Elektron məlumat bazaları sayəsində polis nəzarəti real vaxtda həyata keçirilir, hüquqi mübahisələr isə əhəmiyyətli dərəcədə azalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:455
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri