Azərbaycanda mədəniyyət sahəsində inqilab olacaq? Nazir müavini danışdı
Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan mədəniyyəti - 2040” Konsepsiyası öz sələfi hesab edilən 2014-cü il Mədəniyyət Konsepsiyasından bir sıra mühüm elementlərinə görə fərqlənir. Bu fərqlər ilk növbədə sənədin miqyasında və əhatə etdiyi sahələrin sayının artmasında özünü göstərir. Belə ki, yeni konsepsiya konkret hədəflərə əsaslanan yanaşma təqdim edir və ümumilikdə altı əsas sahəni əhatə edir”.
OLAY yazır ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
O bildirib ki, bu sahələrdən üçü ilk dəfə olaraq müstəqil istiqamət kimi konseptual sənədlərdə təsbit edilib:
“Bunlar Azərbaycan dili, bilik mədəniyyəti və davranış mədəniyyətidir. Sözügedən sahələrin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi yeni milli mədəniyyət modelinin formalaşdırılması məqsədinə xidmət edir və konsepsiyanın əsas hədəflərindən biri kimi ön plana çıxır.
Bununla yanaşı, konsepsiyada bu sahələrin həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə təbliği, mədəni və yaradıcı sənayelərin inkişafı, onların ümumi daxili məhsulda payının artırılması, eləcə də mədəniyyətin informasiya daşıyıcıları vasitəsilə xarici ölkələrdə daha effektiv şəkildə təqdim olunması kimi məsələlər də əksini tapıb”.
Nazir müavini əlavə edib ki, “Azərbaycan mədəniyyəti - 2040” mahiyyət etibarilə strateji və çərçivə xarakterli konseptual sənəddir:
“Sənəddə hər bir sahə və hədəf üzrə funksional çərçivələr müəyyən edilib. Bu çərçivələrin praktiki icrası isə hər bir sahə üzrə ayrıca tədbirlər planlarının hazırlanması və təsdiq edilməsi yolu ilə həyata keçiriləcək.
Konsepsiyada icra mexanizmləri ilə bağlı konkret müddətlər də müəyyənləşdirilib. Sənəd üç mərhələdə icra olunacaq. Birinci mərhələ 2026-2030-cu illəri əhatə edəcək. Bu mərhələdə tədbirlər planının icrasından sonra nəticələr təhlil olunacaq və əldə edilən nəticələr əsasında növbəti mərhələlər üçün yeni tədbirlər planı hazırlanacaq. Tədbirlər planı konkret addımlar və layihələri, eləcə də hər bir bənd üzrə məsul icraçı qurumları özündə ehtiva edir”.
F.Cəfərov konsepsiyanın regionlarda mədəni həyatın aktivləşdirilməsinə təsiri barədə bildirib ki, bu sənəd bütün ölkə üzrə vahid yanaşmanı nəzərdə tutur:
“Əsas hədəflərdən biri mədəniyyətin əlçatanlığının artırılmasıdır. Bu anlayış mədəniyyətin müxtəlif sahələri üzrə - ədəbiyyat, yaradıcı sənayelər, incəsənət və digər istiqamətlərdə dövlət xidmətlərinin vətəndaşlar üçün regionundan və paytaxtdan asılı olmayaraq bərabər səviyyədə əlçatan olmasını ehtiva edir.
Eyni zamanda, rəqəmsallaşma və digər müasir alətlərdən istifadə etməklə bu xidmətlərin daha effektiv formada və daha geniş auditoriyaya çatdırılması nəzərdə tutulur. Mədəniyyətə çıxış imkanlarının genişlənməsi regionlarda sosial həyatın canlanmasına da müsbət təsir göstərəcək. Konsepsiyanın əsas məqsədlərindən biri mədəniyyəti insanların gündəlik həyat tərzinə çevirməkdir ki, bu yanaşma regionların sosial və mədəni inkişafına birbaşa töhfə verəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 30 Yanvar 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















