Azərbaycanda məhkəmə hakimi qəzaya düşüb FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Noyabrın 17-də Ələt-Astara magistral yolunun Salyan rayonunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, avtoqəzaya düşərək yaralanan şəxslərdən biri - Aqil Nuriyev - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimidir.
Qəza zamanı onun avtomobildə olan anası Gülmira Nuriyeva da xəsarət alıb.
Xatırladaq ki, KIA markalı minik avtomobili qarşıda gedən "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində Şirvan şəhər sakinləri - 1967-ci il təvəllüdlü Gülmira Nuhu qızı Nuriyeva, 1993-cü il təvəllüdlü Aqil Abdul oğlu Nuriyev və Bakı şəhər sakini, 2013-cü il təvəllüdlü Şəmistan İntiqam oğlu Əmrahzadə yaralanıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Noyabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















