Azərbaycanda məktəb və bağçalarda suçiçəyi xəstəliyi yayılır VİDEO
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son dövrlərdə uşaqlar arasında suçiçəyi xəstəliyinin artması cəmiyyətdə, xüsusilə valideynlər və təhsil müəssisələri arasında ciddi narahatlıq yaradıb.
"Unikal" İctimai Tv-yə istinadən xəbər verir ki, yoluxuculuq səviyyəsinin yüksək olması səbəbindən xəstəlik qısa zaman ərzində bağça və məktəb kollektivlərində sürətlə yayılır, bu isə həm uşaqların sağlamlığı, həm də tədris prosesinin gedişinə təsirsiz ötüşmür.
Bu vəziyyət valideynləri övladlarının sağlamlığı ilə bağlı daha diqqətli olmağa vadar edir, eyni zamanda təhsil müəssisələrində profilaktik tədbirlərin gücləndirilməsi zərurətini gündəmə gətirir.
Xəstəliyin ilkin əlamətlərinin vaxtında tanınmaması və ya uşaqların tam sağalmadan kollektivə qaytarılması yoluxma riskini daha da artırır. Nəticədə suçiçəyi təkcə fərdi sağlamlıq problemi deyil, kütləvi xarakter alan ictimai məsələ kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 26 May 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















