Icma.az
close
up
RU
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək Fotolar

Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransı (COP29) çərçivəsində “İqlim, Təbiət və İnsanlar üçün Meşə: Meşələr üçün iqlim maliyyəsinin artırılması” mövzusunda yüksək səviyyəli toplantı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir COP29 Sədrliyi və BMT-nin Meşələr Forumunun (UNFF) birgə təşkilatçılığı ilə keçirilib.

Toplantıda təşkilatçı tərəflərin nümayəndələri ilə birgə Brazilya, Birləşmiş Krallıq, Konqo Demokratik Respublikası, Kanada, Surinam və Yaponiyanın ətraf mühit nazirliklərinin rəsmiləri, həmçinin BMT-nin Ətraf Mühit Proqramı, Dünya Bankı, Yaşıl İqlim Fondu, Qlobal Ətraf Mühit Fondu və Asiya İnkişaf Bankının əməkdaşları iştirak edib.

Yüksək səviyyəli toplantıda aidiyyatı ekspertlər, rəsmi nümayəndələr iqlim dəyişikliyi fonunda meşələrin itirilməsi, meşə ekosisteminin deqradasiyası, meşələrlə bağlı mövcud problemlərin həlli yolu ilə Paris Sazişinin məqsədlərinə nail olunmasında iqlim fəaliyyətinin və siyasətinin gücləndirilməsi, meşələr üçün əlavə iqlim maliyyəsindən, o cümlədən mövcud innovativ maliyyələşdirmə mexanizmlərindən istifadə, ən yaxşı təcrübələrlə bağlı məlumat mübadiləsi və biliklərin idarə edilməsi məqsədilə qlobal səylərin gücləndirilməsi ətrafında müzakirələr aparıb.

Tədbirdə növbəti ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən irəli sürülən meşə mövzusunda  beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanda 2025-ci ildə “Dayanıqlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransın təşkili planlaşdırılır.  Konfransda meşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirə etmək üçün elm adamlarının, ekoloqların, dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gətirilməsi nəzərdə turulur.

Azərbaycan tərəfinin İrəli sürdüyü təşəbbüsə BMT-nin Meşələr Forumu (UNFF) tərəfindən dəstək ifadə edilib.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri