Icma.az
close
up
RU
Azərbaycanda məşhur musiqiçini toydan çıxarkən sevgilisi bıçaqladı FOTOLAR

Azərbaycanda məşhur musiqiçini toydan çıxarkən sevgilisi bıçaqladı FOTOLAR

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Fevralın 1-də Şəmkirdə keçmiş sevgilisi tərəfindən bıçaqlanan Səkinə İmamquliyeva qarşı tərəfin onun taleyinə və müalicəsinə biganə yanaşdığını bildirir.

33 yaşlı qadın musiqiçi (davulçu) olduğunu və hadisənin də toyun keçirildiyi şadlıq evinin qarşısında baş verdiyini deyib.

“Hadisə fevralın 1-də saat 19:00 radələrində yaşadığım Gəncə şəhərindən Şəmkirə dəvət edildiyim toy mərasimindən çıxarkən baş verdi. Şadlıq evinin qarşısında maşınıma minərkən əvvəllər qeyri-rəsmi münasibətdə yaşadığım Əli Kamran oğlu Əsgərov qəfil hücum etdi. O, gözlənilmədən maşınıma yaxınlaşdı, sağ ön qapını açaraq boğazımdan tutub boğmağa çalışdı. Daha sonra cibindən bıçaq çıxarıb 4 dəfə zərbə endirdi. Zərbələrdən biri ürək nahiyəmə, üçü isə sol qoluma dəydi. Həmin vaxt bıçaq qırılaraq döş qəfəsimdə qaldı, yoxsa daha çox zərbə endirib məni öldürə də bilərdi, çünki bıçaqla ardıcıl olaraq məni vururdu. Bıçağın qırıldığını, ətrafdakı insanların səs-küyə gəldiyini görərək qaçıb getdi”, - şikayətçi bildirib.

S.İmamquliyeva qeyd edib ki, hadisəyə səbəb onun sevgilisindən ayrılması olub: “Artıq münasibətimiz bitmişdi. Əli Əsgərov ayrılıqdan sonra məni mütəmadi izləyir, hədə-qorxu gəlirdi. Məni bıçaqlayandan sonra Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Beynəlxalq Xəstəxanasına aparılaraq əməliyyat olundum. Döş qəfəsimdə qırılıb qalan bıçağın kəsici hissəsi əməliyyatla bədənimdən xaric edildi. Hazırda səhhətimdə yaranmış ağır fəsadlar səbəbindən işləyə bilmirəm. Bu hadisəyə görə külli miqdarda maddi-mənəvi zərərlə üzləşmişəm, qarşı tərəf isə heç maraqlanmır. Hadisəni törədən şəxsin saxlanıldığı bildirilsə də, istintaqın gedişindən də məlumatsızam. Qarşı tərəf imkanlıdır və təsir imkanları çoxdur. Həyatıma hər an təhlükə ola bilər. Bu işin ədalətli araşdırılmasını və təhlükəsizliyimin təmin olunmasını istəyirəm”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, müraciətlə əlaqədar Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində müvafiq ekspertiza təyin olunmaqla araşdırma aparılıb.

“Ekspertiza rəyinə görə, hadisə zamanı kəsici-deşici alətlə yüngül bədən xəsarəti yetirilməsi faktı təsdiqlənib. Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”, - DİN rəsmisi əlavə edib. /Qafqazinfo/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri