Azərbaycanda məşhur şirkətin rəhbəri dəyişdi, milyonlarla manat sərmayə geri götürüldü
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda lüks avtomobillərin satışı ilə məşğul olan “Avtolüks Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi dəyişib. Avtosfer.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq qərar qəbul olunub. Belə ki, Azər Vaqif oğlu Cəlilov “Avtolüks Azərbaycan”a yeni qanuni təmsilçi təyin olunub. O, bu vəzifədə Vasif Bairamovu əvəzləyib. Eyni zamanda bugünlərdə şirkət yenidən nizamnamə kapitalının kəskin azaldıldığını elan edib. “Avtolüks Azərbaycan” bu dəfə nizamnamə kapitalını 17 milyon manatdan yarım milyon manata endirir. Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.
Xatırladaq ki, şirkət daha əvvəl nizamnamə kapitalını ötən ilin sentyabrında 37,4 milyon manatdan 17 milyon manata endirmişdi.
Qeyd edək ki, İtaliya, ABŞ və Birləşmiş Krallığın məşhur avtomobil brendlərinin Azərbaycanda eksklüziv təmsilçisi “Avtolüks Azərbaycan” şirkəti 2012-ci ildə dövlət qeydiyyatına alınıb. “Avtolüks Azərbaycan” 2012-ci ildən Azərbaycanda Lamborghini, Ferrari və Aston Martin kimi lüks avtomobillərin satışını həyata keçirir. Şirkət həmçinin, Abarth, Alfa Romeo, Crysler, Dodge, Fiat, Fiat Professional, Jaguar Land Rover və Jeep kimi brendlərin Azərbaycanda rəsmi təmsilçisidir.
Oxunub 6
Baxış sayı:96
Bu xəbər 13 Yanvar 2026 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















