Icma.az
close
up
RU
Azərbaycanda Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə başlanılıb

Azərbaycanda Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə başlanılıb

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycanda Milli Etalon Vaxtının yaradılması istiqamətində işlərə başlanılıb.

Bu barədə "APA-Economics"ə Azərbaycan Metrologiya İnstitutundan (AzMİ) bildirilib.

Qeyd edilib ki, hazırda ölkəmizdə vaxtın düzgün və koordinasiyalı şəkildə paylaşılması (vaxt sinxronizasiyası) müxtəlif xarici mənbələrdən və üsullardan istifadə edilərək həyata keçirilir. Bu isə xarici sistemlərdən asılılığı artırmaqla yanaşı, vaxtın daha dəqiq sinxronizasiyasını çətinləşdirir. Nəticə etibarilə, maliyyə, logistika, kommunikasiya və digər sahələrdə bir sıra maneələrin yaranması ehtimalı artır.

AzMİ tərəfindən bu məsələlərin həlli istiqamətində addımlar atılıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 22.07.2022 tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 1.1.21-ci “Ölkədə məhsul və xidmət istehsalının müasir keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi” bəndinin icrası çərçivəsində AzMİ-nin yeni yaradılan Vaxt və tezlik ölçmələri laboratoriyasında artıq sezium atom saatları və GNSS (Global Navigation Satellite System - Qlobal Naviqasiya Peyk Sistemi) qəbulediciləri quraşdırılıb. Sözügedən avadanlıqların quraşdırılması Milli Etalon Vaxtının yaradılması ilə bağlı prosesdə mühüm əhəmiyyət kəsb edir.

Bu çərçivədə GNSS peyklərindəki atom saatları ilə AzMİ-nin Vaxt və tezlik ölçmələri laboratoriyasındakı atom saatları arasındakı zaman fərqi hər gün mütəmadi ölçüləcək, əldə edilən məlumatlar Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya (Bureau International des Poids et Mesures - BIPM) göndəriləcəkdir. Bu metodla dünya standartı olan UTC-nin (Coordinated Universal Time – Koordinasiyalı Universal Vaxt) Azərbaycanın milli etalon vaxtı (UTC-AZ) ilə müqayisə edilməsi sayəsində zaman fərqinin izlənməsi mümkün olacaq.

Beynəlxalq izlənəbilən zaman yaradıldıqdan sonra laboratoriyada quraşdırılan NTP (Network Time Protocol - Şəbəkə Vaxtı Protokolu) sistemi vasitəsilə ölkənin milli etalon vaxtı ilə internet üzərindən sinxronizasiya mümkün olacaq. Beləliklə, respublikada vahid zamanın istifadəsi təmin ediləcək. Bu da öz növbəsində ölkə daxilində müxtəlif sahələrin daha səmərəli və etibarlı fəaliyyət göstərməsinə imkan yaradacaq.

Məlumat üçün bildirək ki, Milli Etalon Vaxtının yaradılması prosesinin bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu addımlar Azərbaycanı həm daxili, həm də beynəlxalq səviyyədə daha etibarlı və koordinasiya olunmuş vaxt sisteminə sahib ölkəyə çevirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Aprel 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see235

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri