Azərbaycanda milli ödəniş infrastrukturunun təkmilləşdirilməsi mərhələsi uğurla tamamlanıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin direktoru Kəmalə Qurbanova Malayziyanın Kuala-Lumpur şəhərində “Kollektiv güc: dəyişən dünyada dayanıqlılıq və inkişaf” mövzusunda keçirilən nüfuzlu beynəlxalq tədbirdə iştirak edib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, Kəmalə Qurbanova forumun “Ödənişlər və innovasiya” istiqaməti çərçivəsində “Regional inteqrasiyanın katalizatoru kimi real vaxt rejimində beynəlxalq ödənişlər” mövzusunda təşkil olunan panel müzakirəsində çıxış edib. O, dəyişən qlobal mühitdə birgə səylərin əhəmiyyəti, ölkələrarası ödəniş əlaqələrinin qurulmasında daxili ödəniş infrastrukturunun rolu, həmçinin beynəlxalq standartların tətbiqinin əhəmiyyəti barədə danışıb. Direktor Azərbaycanda milli ödəniş infrastrukturunun təkmilləşdirilməsi mərhələsinin uğurla tamamlandığını və hazırda beynəlxalq inteqrasiya imkanlarının strateji istiqamət kimi nəzərdən keçirildiyini bildirib. Kəmalə Qurbanova ölkədə ani ödəniş sisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən son tədbirlər, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsi və vahid QR standartının tətbiqi barədə məlumat verib.
Qeyd edək ki, “Central Banking” tərəfindən təşkil olunan forum mərkəzi banklar arasında təcrübə mübadiləsi, beynəlxalq ödənişlərin real vaxt rejimində icrası və maliyyə inklüzivliyinin genişləndirilməsi məsələlərinin müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayıb.
Baxış sayı:146
Bu xəbər 03 Aprel 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















