Azərbaycanda Milli Qiymətləndirmə Standartları hazırlanacaq
Tribuna saytına istinadən Icma.az xəbər verir.
Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin növbəti iclası keçirilib.
ASC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən Tribunainfo.az–a daxil olan məlumata görə, iclasın gündəliyində bir-neçə məsələ müzakirə olunub. İlk olaraq AQC sədri Vüqar Oruc tərəfindən Milli Qiymətləndirmə Standartlarının hazırlanması və Beynəlxalq Qiymətləndirmə Standartlarının son variantının tərcüməsi istiqamətində işlərin aparılması təklif edilib və bu barədə qərar qəbul olunub.
Bildirilib ki, mövcud beynəlxalq praktikadan istifadə etməklə Azərbaycan qanunvericiliyinə uyğun standartlar hazırlanmalıdır. Həmçinin bu işlərin həyata keçirilməsi üçün mütəxəssislərdən ibarət işçi heyətinin formalaşdırılması qərara alınıb.
Son dövrlər ixtisas imtahanlarının Dövlət İmtahan Mərkəzindən alınaraq, başqa quruma verilməsi ilə bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişiklik təklifinə münasibət bildirən AQC İdarə Heyəti bu addımın imtahan prosesinin obyektivliyinə təhlükə yarada biləcəyi səbəbindən qəbuledilməz olduğunu vurğulayıb.
İclasda həmçinin AQC-nin Beynəlxalq Əlaqələr və Maliyyə Departamentlərinin yeni rəhbərləri müəyyən edilib. İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asif Yusubov, Maliyyə Departamentinin rəhbəri isə Xətai Teymurov təsdiq olunub.
Sonda təşkilatın beynəlxalq əlaqələrinin genişləndirilməsi və cari məsələlər də müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Noyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















