Icma.az
close
up
RU
Azərbaycanda MİQ imtahanı ödənişli OLACAQ

Azərbaycanda MİQ imtahanı ödənişli OLACAQ

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə, məsələ ilə bağlı müzakirələr aparılıb və tezliklə bu barədə ictimaiyyətə məlumat veriləcək.

İmtahanın qiyməti hələlik məlum deyil, bir sıra həssas qrupa məxsus şəxslərin ödənişdən azad ediləcəyi bildirilir.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri saytımıza açıqlamasında bildirib ki, sözügedən məsələ rəsmi təsdiqini taparsa, təhsil ictimaiyyətinin iradlarına səbəb ola bilər.

"Etiraf edim ki, onları bu iradlarında tam haqlı hesab etmək olar. Amma hələ də praktiki olaraq nəsə baş verməyib və ümid edək ki, bu hal heç yanaşmayacaq", - o qeyd edib.

E. Nuri bu yeniliyin heç də uğurlu yanaşma olmadığını, MİQ müsabiqəsinə qatılacaq müəllim və namizədlərdən qeydiyyat məqsədilə hər hansı ödəniş tələbinin doğru olmadığını bildirir:

“Məndə olan məlumata əsasən, dünya təcrübəsində belə bir praktika yoxdur. Təbii ki, burada söhbət sırf təhsil seqmenti və müəllimlərdən gedir. Doğrudur, bəzi ölkələrin təcrübəsində müəllimlər üçün istər işə qəbul, istərsə də hazırda bizdə müəllimlərin sertifikatlaşdırılması prosesinin alternativi olan qiymətləndirilmə müsabiqəsində ödəniş tələb olunur. Amma bunun özünün də müəllimlərin müsbətinə işləyən tərəfləri vardır. Məsələn, ABŞ-da bu proses il ərzində 4 dəfə təşkil olunur. Müəllim, yaxud, namizəd istədiyi zaman, könüllü surətdə müraciət etməklə imtahandan keçə bilər. Bu zaman o, bəli, ödəniş etməlidir. Çünki özü könüllü şəkildə müraciət edib və il ərzində bir yox, bir neçə fürsətdən yararlanmağı düşünür. Bizdə də təəssüf ki, magistratura səviyyəsi üzrə olmasa da, bakalavriatura səviyyəsi üzrə cari ilin məzunlarından yalnız ikinci şans imtahanlarında iştirak edəcəkləri surətdə ödəniş tələb olunur. Bununla belə, bu yanaşmanın MİQ-ə hansı zərurətdən tətbiq olunması ehtimalını isə sadəcə anlaya bilmirəm. Bu prosesi DİM daxilindəki imtahanlarla eyniləşdirə bilmərik. Çünki DİM dövlət qərarına əsasən hüquqi cəhətdən publik-hüquqi şəxsdir və onun özünü maliyyələşdirmə müstəqilliyi var. Lakin MİQ müsabiqəsi bütün 4 mərhələsi ilə birlikdə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunur. Təhsil siyasətinin əsas icraçı qüvvəsi olan nazirlik isə bu müsabiqələr üçün bəlli büdcə ayırır. Elə olan təqdirdə biz nədən müəllimlərdən MİQ-də iştirakları üçün ödəniş tələb etməliyik?!”

Onun sözlərinə görə, onsuz da son illər MİQ müsabiqəsi, onun faydalılığı ilə bağlı birmənalı fikirlər səslənilmir. MİQ-in xüsusən də vakansiya mərhələsindəki “sərt qaydalar” bu müsabiqəyə olan inamı xeyli sarsıdıb. Belə olan təqdirdə bu cür qərarın verilməsi isə sadəcə doğru hesab edilə bilməz:

“Son illərdə MİQ müsabiqəsinin az ala bütün mərhələləri (test  imtahanı, müsahibə, vakansiya) ilə bağlı müəllim və namizədlər arasında çox ciddi narazılıqlar var. Bu il isə xüsusən də vakant yerlərin hədsiz azlığı, 92-93 ballıq nəticə göstərənlərin belə işlə təmin oluna  bilməməsi müsabiqə ilə bağlı narazılıqları xeyli artırıb. Belə olan təqdirdə müsabiqədə iştirakın ödənişli əsaslarla olması müəllimlərdə narazılıqdan da çox, inciklik yaradacaq. Biz müəllim peşəsinə, bu peşəni seçən şəxslərə kifayət qədər həssas yanaşma sərgiləməliyik. Lakin bu yenilik nəinki MİQ-ə, həm də ümumilikdə müəllimlik ixtisasına olan marağı xeyli azalda bilər. Odur ki, on minlərlə müəllim kimi, mən də bu qərarla heç cür razı ola bilmərəm. Amma inanaq ki, mənim və digərlərinin narazılıq aspektinə heç ehtiyac da qalmaz”.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see321

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see315

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see282

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see264

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see263

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see245

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see244

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see237

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see222

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see219

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see212

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see210

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see206

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see206

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see203

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see200

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see194

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see194

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see192

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri