Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Ekstrasens Zirəddin Rzayevin canlı yayım zamanı müəllimə ilə söhbəti sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az xəbər verir ki, canlı yayıma qoşulan və müəllim kimi fəaliyyət göstərmək istəyən xanım növbəti imtahandan sonra hansı bölgəyə təyinat alacağı ilə bağlı sual ünvanlayıb. O bildirib ki, əvvəlki illərdə iştirak etdiyi imtahanlardan sonra hər dəfə rayonlara göndərilib və bu dəfə Bakıya təyinat alıb-almayacağını öyrənmək istəyir.
Suala cavab verən Zirəddin Rzayev isə bu il müəllimənin paytaxta təyinat alma ehtimalının olmadığını söyləyib.
Sosial şəbəkələrdə yayılan həmin görüntülər qısa zamanda geniş yayılıb. İzləyicilər ekstrasensin səsləndirdiyi fikirlərlə bağlı müxtəlif rəylər yazaraq mövzunu müzakirə ediblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 İyul 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















