Icma.az
close
up
RU
Azərbaycanda müəllimə hörmətsizliyə görə valideynlər cərimələnə bilər? Deputat AÇIQLADI

Azərbaycanda müəllimə hörmətsizliyə görə valideynlər cərimələnə bilər? Deputat AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Qazaxıstanda valideynlərin şagirdin müəllimə qarşı hörmətsiz davranışına görə cərimə edilməsi cəmiyyətdə müəllim nüfuzunun qorunması və məktəbdə sağlam nizam-intizamın təmin olunması məqsədi daşıyır. Müəllimə qarşı hörmətsiz davranış yalnız fərdi etik problem deyil, eyni zamanda təhsil mühitinə və tədrisin keyfiyyətinə mənfi təsir göstərən amildir. Bu baxımdan müəllimin hüquqlarının qanunvericilik səviyyəsində qorunması bir çox ölkələrdə vacib istiqamət kimi qəbul edilir".

Bu fikriləri Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsininü üzvü Vasif Qafarov bildirdi.

Millət vəkili vurğuladı ki, Azərbaycanda son illər müəllim nüfuzunun qorunması məsələsi daha çox müzakirə olunur:

"Sosial şəbəkələrdə, məktəb mühitində və bəzi hallarda valideyn-müəllim münasibətlərində yaşanan problemlər göstərir ki, bu istiqamətdə müəyyən hüquqi və ictimai mexanizmlərə ehtiyac var. Qazaxıstandakı kimi cərimələrin tətbiqi müəyyən mənada profilaktik təsir göstərə və məktəbdə məsuliyyət hissini artıra bilər. Lakin burada əsas məsələ yalnız cərimə tətbiq etmək deyil. Müəllimin nüfuzunun artırılması ilk növbədə cəmiyyətin müəllim peşəsinə münasibətindən, ailədə verilən tərbiyədən və məktəbdə formalaşdırılan dəyərlərdən asılıdır. Əgər şagird müəllimə hörmət anlayışını ailədə və məktəbdə düzgün mənimsəyirsə, inzibati cəzalara ehtiyac da minimuma enir. Bu səbəbdən Azərbaycanda belə mexanizmlərin tətbiqi müzakirə oluna bilər, xüsusilə müəllimin təhqir olunması və ya tədris prosesinə qəsdən maneə yaradılması hallarında hüquqi məsuliyyət müəyyən edilə bilər. Amma bu addımlar maarifləndirmə, psixoloji yanaşma və məktəb-valideyn əməkdaşlığı ilə paralel həyata keçirilməlidir. Əsas məqsəd qorxu yaratmaq yox, müəllim nüfuzunu və təhsil mühitində qarşılıqlı hörmət mədəniyyətini gücləndirmək olmalıdır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 May 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri