Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda müharibə iştirakçıları qruplaşdırılmalı, döyüşlərdə qısa və uzun müddət iştirak etmiş şəxslər arasında fərq qoyulmalıdır.
KONKRET.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Düşünürəm ki, döyüşlərdə qısa və uzun müddət iştirak edən şəxslər arasında fərqin müəyyən edilməsi daha ədalətli olardı. O zaman müəyyən kateqoriyalara ayrılan vəsaitin nəzərdən keçirilməsinə də baxa bilərik”, – deyə o qeyd edib.
Bundan başqa, deputat təklif edib ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılsın: “Bu gün reallıq ondan ibarətdir ki, insanlar, xüsusilə qadınlar müəyyən bir yaşa gəldikdən sonra iş tapmaqda əziyyət çəkirlər. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 27 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















